Bu gecə göy üzü bulud,
Bu gecə zülmət havalı.
İçimdə baş qaldırır nələr…
Ruhum hər şeyə davalı.
.
Bu gecə yatağım soyuq,
Bir glib alsan məni –
Bu vəhşi hicranın pəncəsindən.
Bu gecə mən də buzam,
Sallanıram yatağımın pəncərəsindən….
.
Dünya düşür gözümdən,
Boşalan qadın döşləri kimi.
Məncə ən ağır faciyədir
Kişi əllərində ölüb
Qadın sinəsində dəfin olunan döşlər…
.
Bir qucaq ölüm gəzdirir
Döşləri ölən qadınlar.
Kişilər çiyinlərindən,
Qadınlar ayaqlarından asılır,
Belə olur edamlar…
.
Kişilər qadın bədənində dolaşan əlləri ilə,
Qadınlar kişi çiyinlərindən
Yellənən ayaqları ilə əl edirlər dünyaya…
.
Bu gecə göy yerə yaxın,
Buludlar yerə töküləcek.
Axşam islanan göylərdən
Yenə dan yeri söküləcək…
Yazıya 837 dəfə baxılıb