01 fevral 2014 cü il tarixində “Hüseyn Cavid Ədəbi Məclisi” növbəti toplantısını keçirdi. Bu dəfəki toplantı xalqımızın sevimli şairi MUSA YAQUBun yaradıcılığına həsr olundu. Tədbiri məclisin sədri, şair Kəmaləddin Qədim açdı. Şair Ramiz Qusarçaylı, Adilə Nəzərova, İbrahim İlyaslı, Mübariz Məsimoğlu, Fərqanə Mehdiyeva, Bəsti Bərdəli, Nəcibə İlkin, Maarif Soltan, Xatirə Xatun, Aybəniz Əliyarlı, Jalə Cəfərova, Nəriman Zeynalzadə, Surxay Qocayev, Aləmzər Sadiqqızı, Giya Pasxataşvili, Şəhriyar Seyidoğlu və bir sıra qələm əhli, eləcə də gözəl qiraətçilər- Tahirə Ağasıyeva, Güllü Borçalı, Günay xanım və başqaları Musa Yaqub yaradıcılığın-dan dəyərli nümunələr gətirərək çıxışlar etdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi və məclis Şairin sözlərinə oxunan musiqilərin və şeirlərin axarında, gözəl bir süfrə arxasında yekunlaşdı.
Yazıya 819 dəfə baxılıb