Şair Maarif Soltanın “Sıyrılıb çıxasan həsrət
içindən” şeiri haqqında poetik düşüncələr.
Poeziyanın qanadları gözəllikdir, məhəbbətdir. Gözəllik də, gözəllikdən doğan məhəbbət də ilham qaynağıdır. Ulularımız idrakdan doğan mənəvi gözəlliyi hər cür zahiri gözəllikdən üstün tutmuşlar. Bu bizim böyük ədəbiyyatımızın yüz illərdən bəri davam edən böyük ənənəsidir.
Böyük Füzuli də “Heyrət ey büt” — deyə gözəllik qarşısında səcdəyə gəlirdi. Demək gözəllik və məhəbbət qarşısında heyrət etmək poeziyanın çarpan ürəyidir.
Dünyada elə şair tapılmaz ki, o məhəbbət haqqında şeir yazmamış olsun. Azərbaycan ədəbiyyatını kərpic-kərpic hörən şairlərimiz də məhəbbət mövzusuna dönə-dönə müraciət etmiş və unudulmaz eşq dastanları yaratmışlar.
Böyük Nizami demişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Bugünki ədəbiyyatımızda, onun poeziyasında məhəbbət mövzusunda yazan şairlərimiz çoxdur. Həmin istedadlı şairlərdən biri də kifayət qədər oxucu auditoriyası olan Maarif Soltandır. Maarif bəy təkcə məhəbbət mövzusunda deyil, o həm də Vətən, Xalq, təbiət və digər mövzularda da yazıb-yaradan orjinal yollu bir sənətkardır. Maarif Soltan bütün şeirlərini özünəməxsus ovqatla yazan, lirik-psixoloji, lirik-fəlsəfi fikirlər yaradan şairlərimizdən biri kimi özünə aid ədəbi mövqe yarada bilmişdir.
Sevgidə həsrət, məhəbbətdə cəfa çəkmək hər bir aşiqin başına gələn acı və şirin bir ovqatdan xəbər verir. Gözəlliyi görüb duymaq, onu qiymətləndirmək, şair təfəkkürü ilə dərk etmək, təxəyyüldə yaşatmaq və dilə gətirmək hər bir insana deyil, yalnız şairə qismət olan bir ovqatdır. Bu baxımdan şair Maarif Soltanın “Sıyrılıb çıxarsan həsrət içindən” şeiri məhəbbət, sevgi haqqında yazılmış dolğun və orjinal ovqatlı lirik süjetli bir şeirdir.
Yeri gəlmişkən bunu da qeyd etmək istəyirəm ki, şairin bu şeiri Özbək tərcüməçisi Şaxlo Qasımova tərəfindən rus dilinə tərcümə olunmuşdur. Azərbaycan oxucuları üçün maraqlı olacağını güman edərək uğurlu alınan bu tərcümədən də bənd-bənd təhlil edəcəyim bəndlərin sırasında verəcəyimi qərara aldım.
Sıyrılıb çıxarsan həsrət içindən —
Tökülər həsrətim ayaqlarına.
Nura, səadətə çevrilərəm mən,
Qonaram alnına, dodaqlarına.
Сбосищ с себя поряд свой из тоски —
Грусть преподнесу мою к твоим ногам.
Стану я личом, счастьем в этот миг,
Нежно прикоснусь к вискам твоим, губам.
Həsrəti dəf etmək və onun içindən sıyrılıb çıxmaq özü də bir mərdlikdir. Həsrətə son qoymaq özü vüsala çatmaq deməkdir. Əks tərəfin həsrəti, həsrətin içindən sıyrılıb çıxan aşiqin ayaqlarına tökülməsi də elıəcə həsrətin sonu, vüsalın əvvəlidir. Belə olduqda aşiq öz məşuqu ilə görüşür və onun varlığı nura və səadətə çevrilir, nur kimi, səadət kimi qonur öz sevgilisinin alnına, dodaqlarına. Bu ovqatı yaradan şairin fikri nurlu, büllur kimi şəffaf və aydındır.
Bəxtəvər-bəxtəvər gülümsəyərsən…
Tutaram əlini ovuclarıma.
Bir az yanaqların solub deyəsən,
Saçların bir azca uzanıb amma.
Счастливой улыбкой сияет личико…
В лодонях твои руки ласково держу.
Щеки, мне кажется, впали чуточку,
Но стали длинее локоны, гляжу.
Vüsala çatmaq bəxtəvərlikdir. Gülümsəmək də vüsala çatmağın nəticəsidir. Sevgilisinin əlini ovuclarında tutub saxlayan aşiqin də əhvalı pozetivlikdən xəbər verir. Və aşiqin gözü ilə məşuqun yanaqlarının solğunlaşmasını, saçlarının bir azca da uzandığının şahidi oluruq. vüsala çatmaq üçün həsrət çəkən məşuqənin rənginin solması, saçının uzanması da təbiidir. Bu onun çəkdiyi acı həsrətin nəticəsidir. Bütün bunlar şairin qələmində çox təbii səslənir. Oxuculara xoş ovqat bəxş edir.
Yenə səhərəcən qalarıq oyaq,
Səadət tökülər sənin gözündən.
İlahi, görəsən mən səndən qabaq
Necə yaşamışam bu yer üzündə?!
Снова не до сна нам до утренней зари,
Счастьем искрятся глаза любвимыс.
О боже, не пойму от тебя вдали,
Как на этом свете жил я, милая?!
Bu vüsal dəminin bəxtəvərliyindən səhərəcən yenə oyaq qalarıq. Sənin gözündən yuxu əvəzinə səadət tökülər və mən heyrət içində göylərə əl açıb deyərəm ki: “İlahi, mən sevgilimsiz bu yer üzündə yalqız, yəni sənsiz necə yaşamışam?!.”
Dayanıb lap yaxın — nəfəs-nəfəsə,
Əlinə, gözünə baxaram elə.
Gülüb pıçıltıyla deyərsən nəsə,
Boğaram sözləri öpüşlərimlə.
Подойдем друг к другу — дыханье затаив,
От очей, от рук не отвожи свой взгляд,
Смеясь, что-то шепчут мне уста твои,
Я слова покрою поцелуями орять.
Bu vüsal dəmi bizə inanılmaz yuxu kimi göründüyündən nəfəs-nəfəsə dayanıb sənin əllərinə və gözlərinə tamaşa etməkdən doymaram. Gülüb pıçıltı ilə nəsə demək istəyəndə öpüşlərimlə asğzını qapayıb deyəcəyin sözü ağzında boğaram. Fürsət vermərəm ki, nəsə deyəsən, nəsə danışasan…
…Sonra dan sökülər — oyanar hamı…
Mənimsə bədənim — yanar bir ocaq.
Yenə səndən mənə — dolu külqabı,
Bir də otaq dolu tüstü qalacaq.
Потом… мир переходит ко свету от тьмы…
Я тело мое словно пылающий огонь,
Мне слова от тебя — вокруг синий дым,
И пепельница полная жжет мою лодонь.
Шахло Касымова
Şair daha maraqlı bir sonluqla öz şeirini başa vurur. Dan sökülür, yuxuda olan hər kəs oyanır… Aşiqin bədəni yanar bir ocağı xatırladır. Məhəbbətin vüsalından aldığı astəş onu yaxıb-yandırır sanki. Biləndə ki, vüsal burda bitir, sevgilisi ondan ayrılıb gedəcək, bu görüşdən yalnız külqabı dolu siqaret kötükləri və bir də tüstü dolu otaq qalacaq, məyus olur…
Maarif Soltanın şeirləri bütünlüklə rəngarəng çalarlarla zəngindir. Onun poeziyasında daxili bir həyat ritmi yaşayır. Alim bir elmi kəşf etdiyi kimi, Maarif bəy də hər yaranan şeirini sanki kəşf edir, onu yaradır, canlı bir orqanizmə çevirir. Hər hansı bir hadisəyə, fikrə hamı kimi deyil, tamamilə başqa bir rakusdan, yeni bir prizmadan baxır və nəticədə yazdığı şeiri oxuculara sevdirə bilir.
Əlbəttə, bu kiçik yazı ilə istedadlı şair Maarif Soltanın əsil halal qiymətini vermək olmaz. Bunun üçün günlər, saatlar lazımdır ki, onun əsərlərini bütünlükdə oxuyub öyrənəsən və onun dəyərli qiymətini verəsən. Mən inanıram ki, yaxın zamanlarda bu şərəfə layiq olmaq mənim qismətimə düşəcəkdir.
Fürsətdən istifadə edib istedadlı şairi Dünya Azərbaycanlılarının həmrəylik günü, eləcə də yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Heybət Hörmət,
Şair, ədəbi tənqidçi, “Qızıl qələm” mükafatı laureatı,
“Ümid press” qəzetinin baş redaktoru.
Bakı-2014
3 1 dekabr. .
Bəyənmə · · Paylaş
Sən, Naile Muradova Muradova, Heybət Hörmət, Qemer Ana və başqa 19 nəfər nəfər bunu bəyənir.
Tahmina Aliyeva О боже, не пойму от тебя вдали,
Как на этом свете жил я, м
Yazıya 1038 dəfə baxılıb