Başçı olmaq şərt deyil.
Bir sahibsiz meşəyə
Şiri başçı seçdilər.
Bütün heyvanlar gəlib,
Onunla həmrəy olmaq
Haqqında and içdilər.
İntriqabaz tülkünün
Siyahısın tutdu şir.
Hamısını çağırıb,
Qəbul etdi birbəbir.
Mə’lum oldu onların
Dərd-sərləri toyuqdu.
Bir də mağaraları-
Kanları bərk soyuqdu.
Bundan sonra hamıya
Tənqid,söyüş yazarıq.
Kim sizə qarşı çıxsa
Yolumuzu azarıq.
Baxmarıq bu mə’murdu,
Ya dilənçi,ya sayıl.
Olan-qalan meşəni
Biz satmalıyıq,ayıl.
Başı dəbərənləri
Sən biçərsən,”dərərsən”,
Bu şərtlə hamımıza
“Fəxri fərman”verərsən.
Tülkülərin sözüylə
Şir hamıyla döyüşdü.
Saxtakarlıqdan qorxub,
Yer qoymadl,dəyişdi.
Bilə-bilə o, bədbəxt
Haqq yolunu unutdu.
Tülkülər hesabına
Böhtanı uca tutdu.
Hələ də gözləyirəm
Üzümü tutdum səmaya,
Yalvardım Günəşə,Aya
-Məndən küsmüsüz olmaya?!-
Nida gəlmədi,gəlmədi.
Şor qatdılar hey balıma,
Şər atdılar iqbalıma.
-Yanan varmı bu halıma?
Səda gəlmədi,gəlmədi.
Yaltaq, dələduz, azğın.
Tərəqqi medallı “əməkdar beçə,
Təhsili endirdin sıfıra,heçə.
Gəzdin şəhər-şəhər,küçəbə-küçə,
Dünyada özünü tapa bilmədin
Yeridin yıxıldın, durdun əyildin,
Sən axı humanist adam deyildin.
Xalqa quyu qazıb mə’nən döyüldün,
Sən öz əqidəndən qopa bilmədin.
Hər yerdə “zadları” yığdın başına
Erkək arvadları yığdın başına
Baxmadın boyuna,hədsiz yaşına,
Sən yüyən vursan da madyan başına,
Kol-kosun içində çapa bilmədin.
Boylandın rüşvətdə batan “hündürə”
Sonra uyğunlaşdın çürük kəndirə.
Əyildin kürə tək yanan təndirə,
Xəmiri yoğurdun,yapa bilmədin.
Yazıya 652 dəfə baxılıb