Anar Gülümsoy-yeni şeir

anar gasılıb gözlərim bayaqdan bəri
bir quşun ağacda çöp yuvasından.
deyir qulağıma bir dəli şeytan,
-çıxıb bu ağaca öp yuvasından.

 

bu yuva üşüyür, yuva soyuqdu,
titrəyə- titrəyə quşun gözləyir.
kimin nə vecinə yuva nə çəkir,
hərə bu soyuqda başın gözləyir.

 

o quşdan yadigar qalan lələklər
yuvanın köksünə taxılan oxdu.
qorxuram dağıda bunu küləklər,
quş da qayıdan da görə ki, yoxdu.

 

bir çıxıb lələyi yandiram gərək,
görək duyacaqmı o zümrüd quşu.
gəlməsə ta keçib, nə etmək olar
özüm bu yuvada qalım bu qışı.

 

mənə də uçmağı öyrədər yuva,
bəlkə lap göyərdi qanadlarım da.
gedib çağıraram köçən quşları,
uçaram arzumun buludlarında.

Yazıya 693 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.