Hər bir şəhərin mahiyyətini, milli mənini, evləri, binaları,qədim abidələri, küçə və meydanları, onların quruluşu, milliçalarları, adları ilə birgə torpağı, daşı, qayası, ağacları, ab-havası, təyin edir, yaşadır. Rus təbiəti Yesenininağcaqayınları ilə məşhurdursa, Azərbaycan-Bakı-Abşeronbölgəsi, bərli-bərəkətli, qayaları kimi qat qırışlı qocaman tutağacları, əncirləri, zeytunları dəcəl uşaqlar kimi iməkləyə-iməkləyə hündürmərtəbəli evlərin lap damınacan dırmaşan,oradan da kəndirbazlar sayağı buğum-buğum əzələli əlləriyləeyvanlardan, pəncərə dəmirlərindən yapışıb başıaşağısallanan şux, həyat ehtiraslı meynələri ilə şöhrət qazanıb,zəfəranı, zirəsi, boyanasıyla tanınır.
Bu ağaclar, şəfa otları evləri, abidələri, daşı, qayasıyla birgəburanın təbiətini tamamlayır. Bir rəssam işi kimi onabütövlük, bitginlik gətirir. Yüz illər öncə Bakı, Gəncə, Şəki,Şuşa ona görə Qala kimi yenilməz, qətiyyətli igidlər, adlarıdünyanın müvazinətinə ağırlıq gətirən bilici alimlər, milli, ilahisənətkarlar yetirirdi, bu igidlər qala şəhərində doğulmuşlar,min illik canlı tarixlərinin içində böyüyüb ərsəyə çatmış, ondan qürur, əzəmət, qəhrəmanlıq, milli ruh, kamillik mənimsəmişlər.Qala kimi yenilməz, basılmaz, düşmən gözünə dağ olmuşlar.
Bir-birini tamamlayan bu bitkin keyfiyyətlərin birinin yoxluğu, ya hansı səbəbdənsə kölgədə qalması ümumi ansamblın pozulmasına, bütövün kəsirinə gətirib çıxartdığı kimi, ona yapışmayan, milli ruhdan uzaq, bayağı elementlərin əlavə olunmasıda bu keyfiyyətləri ucuzlaşdırıb, milliliyi öldürüb-təlqin obyektinə çevirir. Məsələn, adidən adi hesab etdiyimiz, “bunun milliliyə nədəxli var” dediyimiz son vaxtlar, daha doğrusu Sovet hakimiyyəti, çiçəkləndiyi illərində Bakıda, onun ətrafında əkilmiş ağaclarafikir versək burada elə bil gizli bəd bir niyyətin, xaincəsinə qəsdin necə ustalıqla həyara keçirilməsinin şahidi olarıq. VaxtiləAbşeron kəndlərinin, qəsəbələrinin yaraşığı olan, özünün dadlı-ləzzətli, dəyərli müalicə əhəmiyyətinə görə dünya əczaçılığınıntacı sayılan atlas yarpaqlı tutun, əncirin, zeytunun, meynəsinin yerinə meydanları, bağları, Mərdəkan, Şüvəlan su basarlarınıçəhlim, nohur həndəvərlərini (başqa ölkələrdə nə qədər xərc-xəsarət çəkib belə nohur, gölməçələr düzəldib, çəhərləriniyaraşığa mindirəndə biz Tanrı özü bəxş etdiyi bu daşı-qayalığı hər yerdən təbii şəkildə pilləkən-pilləkən enib qeyri-adi mənzərəyaradan nohurları zir-zibillə, zavodların zəhərli, çirkablı, radiasiyalı tullantıları ilə doldurub şəhərimizi boğur, yaraşıqdan salırıq.Ciyəri, döşü xəfənəkli sağalmaz xəstəliklərə düçar edirik). Zəbt edən yolka, şam ağaclarına uyuya-uyuya, elə bil öz yurdundayaşaya-yaşaya uzaq Şimal çöllərinə düşürsən, Şimal təbiətilə qarşılaşırsan. Təkcə insanların, onların mənəviyyatının, tarixinindeyil, təbiətinin də qəddarcasına bayağılaşdırılması, özününküləşdirilməsi, öz ab-havasında kökləmək, onda itirmək ideyası,meyili, qəsdi imperiya siyasətinin beyinlərə yeritdiyi köləlik xüsusiyyətlərinin ən qabarıq nümunələridir. Düzdür, təbiətin pisnemətləri yoxdur. Ancaq təbiət nə yaratdığını, nəyi harda yaratdığını özü gözəl bilir. Onun ümumi qanunlarını pozub özəlavəni eləyəndə, yaxud minillik nizamın yerini qəddarcasına dəyişdirmək qəsdinə düşəndə hər şey Sabunçuya gedən yolunmazutlu-çirkablı yaxasında salınmış yoluq, paxit uşaqlar kimi qolu-qıçı sınıq, törə yolka ağaclarına bənzəyir. Şimalda barı-bərəkəti olmadığından, boyu, yaraşığı, tikinti materialı cəhətdən əhəmiyyətli olan, insanda bu keyfiyyətləri ilə gözəllik hissiyaradan ağaclar necə füsunkar, baxımlı görünürsə, göz oxşayırsa, barlı-bərəkətli Abşeron şəraitində onlar yad, gəlmə, ilinbütün fəsillərində bəzəkli-düzəkli, işi-gücü ancaq özünə sığal verən 60 yaşında da cavan görünən, ən azı buna çalışan sonsuz,harın, kübar qadınları xatırladır. Bu ağaclar həqiqətən də bura, iqliminə yad, gəlmə, qonaq olduğundan, bu torpağa, havaya,suya, bütöv canlı aləmə uyuşmadığından, ona ögey baxdığından torpağın dərinliyinə kök ata bilmir. Zəhmətin, çətinliyin,təbiətlə döş-döşə gəlməyin dadını-ləzzətini duymadığından bir balaca külək vurdumu, ayağı daşa ilişən ərköyün uşaq kimiüzüquylu torpağa düşür. Bir yanını qaçaq qoyduğu torpaq, onun üçün həyat yox, qəbiristanlığa çevrilir, müvəqqəti həbsxanaməhrumiyyəti, əbədi həyat məhrumiyyəti ilə əvəzlənir, torpaq insanın xəyanətinə xəyanətlə cavab verib, yəni onu köksündəucaltmayıb, öz varlığını, təbiətini saxlamaq üçün bir qəbir kimi öz dərinliyinə gömürdür, toza çevirib özündə itirir.
Gecə-gündüz bu ağaclara qulluq edənlər, ailəsindən, uçağından çox, onların nazını çəkənlər o qulluğun onda birini, yüzdə biriniyerli iqlim ağaclarına etsəydilər, o ağaclar kimi beş ildə bir qarış yox, bir ayda, beş qarış böyüyərdi. Üstəlik bər-bərəkətləriniyığıb yığışdırıb olmazdı. Xarici valyuta deyirik. Bu gün şəhər bağlarında, yol kənarlarında keçmiş kolxoz-sovxoz tarlalarının,zəmilərinin həndəvərində həmin ağaclardan əkmiş olsaydıq, meyvələrini konserviləşdirib, yağını, şirəsini çəkib, bəhməzini,mürəbbəsini hazırlayıb valyuta ilə başqa ölkələrə satsaydıq, respublikanın bu çətin vəziyyətdən qurtarmasına az da olsa özxidmətimizi göstərmiş olmazdıqmı? Bolluq, firəvanlıq başımızdan tökülməzdimi? Vaxtilə Maştağanın buraxdığı əncirmürəbbəsinin, ceminin dadı cavanları demirəm, orta yaşlı adamların yəqin ki, bu gün də damağından getməyib. Bəs, necə olduo ağaclar? Zirehli-yaraqlı böyük bir yolka ordusu o ağaclara cihad elan edərək bütün Abşeronu zəbt elədi. İndi Xırdalan, Şıxyoluyla rayonlarımıza addım atmaqdadır. Özünü Şamaxının güneylərinə verib nazlana-nazlana təbiətə işvə satmaqda, təbiətinahəngini pozmaqda, yolundan çıxarmaqdadır. Deyə bilərlər, o ağaclar bəzək ağacıdır. Şəhərə, meydanlara, bağlara yaraşıqverir. Bəs, atlas donlu, pələng pəncəli-yarpaqlı tut, əncir ağacları, nar, zeytun bəzək ağacları deyil? Bəs, o ağacları bütüngözəlliyi ilə həyatdan çox Səttar Bəhlulzadənin əsərlərində görəndə niyə əfsunlanırıq. Çünki Səttar məcbur edir, az da olsaonlara onun gözü ilə baxaq. Gövdələrindəki əski əlifbaya oxşayan naxışlarıyla-yazılarıyla qədim abidələrdəki kitabələrixatırladan o qocaman tut ağaclarındakı qüdrəti, siqləti, qədimliyi görək, ona sığınaq. Təbiət möcüzələrinin bütün açmalarıylabəlkə bu sirli-soraqlı yazılarda həkk olunduğu, ona görə Quranda da adları müqəddəs ağaclardan sayıldığı, varlığın gizli, dərinqatlarını çözələməkdə, açmaqda o nəfis xəttat naxışlarının bir rəmz, açar alın yazısı olduğu tapımına gələk. Bu həminağacların gözəllik, mənəviyyat tərəfi, bəs, onun barı-bərəkəti? Bəlkə o ağaclar bizə min illər boyu gözəlliyi birtərəfli deyil, dahageniş, dərin mənada anlamağı təlqin etmiş, insanları əsl gözəlliyin xarici əlamətlərlə birgə daxili keyfiyyətlər; əməl, əməlinbəhrəsi, insanlığa faydası ilə bütövləşib, təsəvvürlərində tam gözəllik məfhumuna çevrildiyi, onun daşıyıcısı olduğu qənaətinəgətirmiş, onların özlərinin də daxilən zənginləşməsinə, barlı-bəhərli olmasına xidmət etmişdir. Dədə-babalarımız təbiəti, onundaşını, qayasını, ağacını, çayını, dənizini dərk edib özlərini kəşf etdikləri, əsl həyati nəticəyə gəldikləri kimi, təbiətin ayrı-ayrıkeyfiyyətləri onların varlığında təşəkkül tapıb gerçəkləşdiyi kimi, özləri də təbiətin bir parçası, ayrılmaz çaları kimi onutamamlamış, öz əlamətləri ilə onu bəhrələndirmiş, zənginləşdirmişlər. Bir güzgü kimi təbiətdən aldığını bəlkə daha təkmilşəkildə təbiətə qaytarmış, bir növ qarşılıqlı əməkdaşlıqda olmuşlar. Bu yolda nə o buna xəyanət etmiş, nə bu onun ayağınınaltına quyu qazmışdır. İnsanların öz təbiəti, halı-xasiyyəti ilə öz torpağından, daşından, qayasından, ağacından, ab-havasındanseçilməz, əkiz qardaş kimi qyrılmaz olması, bu baxımdan Bakı-Abşeron əhlinin ta uzun yüz illərdən öz qədimliyi, siqləti,heroqliflərə oxşayan qarışıq üz cizgilərinəcən qırışlarınacan sərtliyi, qətiyyəti, kəskin xətlərlə bölünmüş alın yazılarına bənzəyəntunc dəniz qayalarının, tut ağacları, tut ağaclarınınsa elə bil ki, onların canlı abidəsinə çevrilməsi bu qarşılıqlı mübadiləninqanunauyğunluğunun nəticəsidir. (Rəhmətlik Əliağa Vahidin surətini gözünüz önündə canlandırın).
Təbiətimizi itirməklə, bayağılaşdırmaqla, yer, küçə, meydan, qəsəbə, kəndlərimizin adlarını da bayağılaşdırdıq. Sonra taözümüzü, öz mənəviyyatımızı bayağılaşdırmaqla, təftiş etməklə məşğul olduq. İçərimizlə, çölümüzlə – çünki çöl də içərininastar üzüdür. Öz təbiətimizə yad, həmin yolka, şam ağaclarına oxşadıq. Milyonlarla, milyardlarla hüceyrələr kimi böyüyüb,parçalanıb, törəyib artdıq. Bu xüsusiyyətlər, öz torpağımıza uyuşmazlıq cavanları Rusiyanın ayrı-ayrı şəhərlərinə, vilayətlərinəsəpələdi, didərginliyin, ögeyliyin qurbanına çevirdi. Bağça mühitindən həmin yerlərin, xalqın ruhunda tərbiyə olunduqlarından,kökləndiklərindən iç və çöl mühit oxşarlığı onları özlərinə çəkdi. Evlənib, ailə həyatı qurdular. Torpağımız boşaldıqca bədxahqonşularımızın quduz iştahları artdı. Qəsdləri o yerlərdə bıçaq-bıçaq bitdi. Xocalı soyqırımı, Malıbəyli faciəsi baş verdi. Biz isəartıq yoxduq. Çünki bu torpağın daşına, qayasına, ağacına, abidəsinə oxşamırdıq. O bizdə, biz onda yaşamırdıq. Biz bir vaxtlarqocaman tut ağaclarıydıq.
1992
Qohum yerlər
Yerlər də insanlar kimi qohum olurlar. Güneyin Kəleybəri, Quzeyin Kəlbəcəriylə əkiz qardaşdı, eyni ananın övladlarıdı,damarlarında eyni qan vurur, ab-havası, dərəsi-təpəsi, ağacı, meşəsi, quşu-arısı bulağı, insanları, hətta buludu-yağışı, ovqatı-durumu, adı-ayaması da eynidi, sanki bir-birinin təkrarı, oxşarı, bir-birinin yaraşanıdı, eyni göyün altında eyni yurd-ocaqdılar,ora-buradan, bura oradan bura köçüb, fikir axını kimi daim bir-birində cövlan edir. Birinin başında bir qəza-qədər hərrənəndə birbədənin üzvləri kimi həmin andaca o birinə də keçir, özünü göstərir, rəngi qaralır, heç cür özünə yer tapmır, güclü fəhmi, öncəgörümüylə mütləq bədbəxt bir hadisəylə üzləşəcəyini hiss edir, üzləşir də. Gözləri dolub ildırımları şaqqıldayır, zəlzələ yerigöyə, göyü yerə endirir.
Kəleybərlilərin dediyinə görə Kəlbəcər eli 300 il öncə acı qırğın illərində onlardan köçüb gələnlərdəndi. Onların ayrılığınadözməyən o yerlərin bir parçası da öz parçalarıyla göyü, quşu-ağacı-meşəsi, dağı-daşıyla bu yerə köçüb gəlib, buradasakinləşib, burada-bitib göyərib, qol-budaq atıb. O vaxtdan hər an öz yarısına qovuşmaq, tam olmaq, kəsirlikdən qurtarmaqhəsrətiylə çırpınır.
Yerlərin qohumluğu insanların qohumluğundan əzəlidi. İnsanların qan qohumluğu, bəlkə də yerlərin qan qohumluğundan,tayfa, qövm birliyindən irəli gəlir, onun içindədi. Yerlər kimi eyni ab-havanı, idmi-ovqatı, tərkibindəki mikroelementlərəcən,daşıdığından dağlar-dərələr, quşlar-ağaclar kimi bir olur, isnişib-qovuşub toplu şəkilində baş-başa verirlər; onlar kimi meşə,zəmi, sürü, ilxı, toplu, tayfa, cəmiyyət halında həyatlarını qururlar. Göylərə millənmiş, qın kimi göyləri geyinmiş dağlar təkqılınlaşıb qüdrətli-əzəmətli olurlar. Baş-başa verib sıralanan, çiyin-çiyinə söykənən, doğma qardaşlar tək bir-birinə arxa-dayaqolan dağlar qövmü, tayfası, quşlar, böcəklər, qarışqalar, arılar, insanlar, ağaclar eli, cəmiyyəti. Canlılarla torpağın qohumluğu,birliyi, eyniliyi ellikcə ayrılmazlığı eyni ruhun daşıyıcıları olduğundan irəli gəlir.
Bir dağın, meşənin, gölün dünyanın o başındakı dağ, meşə, göllə qohumluq-qardaşlıq bağını bu məsafə qırmır, ümumi cazibəgücünü azaltmır, əksinə daha qüvvətli-sarsılmaz edir. Çünki bu bağların gərginliyi, dartı qüvvəsi hər an hiss olunur, daim işdə,hərəkətdə, fəaliyyətdədir.
Güney-quzey dağlarımız dağı-dərəsi, bütün canlıları, yəni ağacı, meşəsi, arısı, quşu, insanıyla Ağrı dağının övladlarıyıq,ondan doğulub dünya üzünə gəlmişdik, törəyib artmışıq. Ağrı dağı ulu babamız, ağrı dərəsi ulu nənəmizdi. Qadınla kişiayrılıqda tam olmadıqları kimi, dağla dərə də ayrılıqda tam ola bilməz, törəyib artmaz, bir canın zərrəsiyik. Deməli, hamımız;ağac, quş, insan, arı, qarışqa, ilan bir ata-ananın övladlarıyıq, bir-birimizlə qohumuq, qardaş, bacı, əmioğlu, əmiqızıyıq. İlanmənim bacım-qardaşım, mən onun, o quşun, arının, balığın.
Dünyada neçə Ağrı dağları, ulu babalar, onların qardaşları, ataları, babaları, övladları, nəvələri, qüksə s. var. Ağacları, quşları,arıları, onların bir-birinə qohumluqları, qohumluqlarının qohumluqları, milyon üzdən dönə-dönə doğmalığı, qan, canbirliyimövcuddu. Deməli, yer üzündə bir-birinə yad, ögey məxluq yoxdu.
İlan bizi çalanda doğma qardaşını çaldığını duyub anlayırmı, anlamırmı, bilmirik. Hansı günahımızın cəzasını (çünki ilanvasitədi) çəkib çəkmədiyimiz də bizə məlum deyil. Ancaq bundan sonra ölmürüksə, ilanın bu haqlı tənbehindən-sınağındanibrət götürmüş kimi daha insaflı, xeyirxah, uzaqgörən oluruq, saflaşırıq, təmizlənirik, sağlamlaşırıq. İlanın acı zəhəri həyatımızışirinləşdirir, bir-ikisirə məlhəmə dönüb ölü duyğularımızı dirildib oyadır, hərəkətə gətirir. Bu hərəkət də istər-istəməzşüurumuzun, idrakımızın, bütün beynimizin, beynimizdəki, bədənimizdəki iflic olmuş hiss, duyğu, fəhm, qavrama hüceyrəmizinbərpasına, sağlamlaşmasına səbəb olur, kəsirlikdən, naqislikdən anlamadığımız, deyikli olduğumuz bir hikmətlə qurtarıb tam,bütöv bir kompleks oluruq.
Qopub ayrılsaq da bir parça, zərrəcik tək ulu babalarımızdan, nə qədər uzaq düşsək də ondan özümüz də dərk etmədən onunətrafında, cazibəsində fırlanırıq, örkən kimi sonda onun doğanağından keçəcəyik, yenidən ona qovuşacağıq, tənimiz hansıtorpağa verilsə də ruhumuz, enerjimiz ona köçəcək. Çünki onunla bir kökdə, bir laddayıq, bir ahəngdə qurulmuşuq, dalğatutumumuz eynidi. O yerlər bizi doğması kimi həmin dalğayla çəkib özünə aparacaq, özündə səsləndirəcək, öz qoynunda dəfnedəcək, bəlkə yaşadacaq. Çünki dağlar dağ qədər də insan, (o, sən, mən) insan insan qədər də dağdı, bütün aləmlər kimi bir-birinə möhtacdı. Biz yeriyib ömrümüzü qurtarırıqsa, dağlar dayanıb ömrünün ondan yeriməsini gözləyir, ömrün ayağıalmadığından heç vaxt dağlardan yerimir, onun yenilməzliyini aşıb keçəmmir. Bax, bircə bunda fərqimiz var. Dağların əbədi,ömrümüzün qısa olmağının da səbəbi bu fərqdədi.
Yazıya 703 dəfə baxılıb