– Gicbəsər, bu stoldan rədd ol! Görmürsən ki, o əvvəlcədən sifariş olunmuşdur?
Məclisin iştirakçısı:
– Sifariş edilməmiş heç bir stol yoxdur?
– Yox. Get o sütunun arxasındakı taburetkada otur və xahişet ki, dizinin üstünə qoymağa lövhə versinlər.
– Menyunu göstərə bilərsinizmi?
– Mən onu üç pesetaya verə bilərəm.
– Oğul! İkisini gətir.
– Üstünə quş qoyulmuş xörəklərin hamısı deməli qurtarmışdır. Əslində bizim heç vaxt hazır xörəyimiz olmur. Bunu ona görəedirik ki, menyumuz o qədər də dadsız görünməsin.
– Bu xörək nələrdən ibarətdir?
– Sizə hansı məbləğə lazımdır?
– Üzr istəyirəm, bəs qeyri-təvazökarlıq neçəyədir?
– Xörəkləri seçin və heç nəyə qarışmayın. İstəyiniz baha başa gələr.
– Mən hesab edirəm ki, bu davranışların hamısı mənə baha başa gələcək.
– Mən sizin yerinizə olsam, qırx pesetaya çəngəl-bıçağı sifariş edərdim.
– Bu dəstə bəs nə daxildir?
– Bir bıçaq, bir çəngəl və bir qaşıq. Yeməyin haqqını isə ayrıca ödəməlisiniz.
– Sən mənə nə məsləhət görərdin?
– Evinizə gedin və öz imkanlarınızdan istifadə edib qayğanaq bişirin və yeyin!
– Əgər bu restoranın sahibi dediyin sözləri eşitsəydi, sənə yaxşı bir sillə vurardı.
– Sahib heç vaxt bura gəlmir. O, utancaq kişidir və müştəriləri bizim təhqir etdiyimizi gördükdə çox xəcalət çəkir.
– Bu nə deməkdir: “Şorba, hər şeylə birlikdə”?
– Həmin qiymətin içində boşqabdakı vermişelin, onu bişirmək üçün olan suyun, suya dad vermək üçün əlavə edilmiş malbeyninin və qaşığın xərci var.
– Sizin cücəniz var?
– Hə, bir dənəsi var. Ancaq onu kəsməyə hayıfımız gəlir. Sahibimiz onu öz oğlu kimi istəyir.
– Adı nədir?
– Kimin? Sahibin, ya cücənin?
– Əlbəttə, cücənin.
– Onun adı Quqquluqudur. Ancaq biz ona Quqqulu deyirik.
– Mən onunla tanış olmaq istərdim.
– Başqa vaxt mən onu sizə təqdim edərəm. Ayrı nəsə gətirmək lazımdırmı?
– Yaxşı, mənə bir tikə çörək gətir. Deyəsən, cibimdə bir az xamon (donuz əti qaxacı) var.
İspancadan tərcümə: Telman Orucov
Yazıya 594 dəfə baxılıb