Onunla əməkdaşı olduğu ATV kanalında görüşdüm. Hal-əhval tutarkən, Orxan Fikrətoğlunun yaradıcılığında olan bir çox yenilikləri öyrəndim. Əsas da yeni ərsəyə gətirdiyi “Filmin sonu” verilişi haqqında geniş məlumat aldım.
– Orxan bəy, ATV kanalında yayımlanan yeni layihəniz ilə bağlı tamaşaçılara nə demək istəyirsiniz?
– Məqsədim budur ki, baxışları dəyişim. Cəmiyyətdə elə bir tendensiya formalaşıb ki, insanlar baxdıqlarına tamam başqa cür qiymət verir. Sanki göz dəyişib. İlk verilişimiz “Qız qalası” filminə həsr olundu. Film 1923-cü ildə Breslav- Luryenin ssenarisi əsasında çəkilib. Rejissor Vladimir Ballyuzek filimdə bizə yad olan mifi ekranlaşdırıb . Ssenariyə əsasən, guya keçmişdə bir xan olur. “Xan ova çıxarkən qızı Gülnarla rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən, xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız Qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur”. Əslində uydurma bir sujetdir. Təəssüf ki, bu film Azərbaycan kinosuna sonralar da təsir edib. Biz özümüz-özümüzə bir çox filimlərdə elə Ballyuzekin gözü ilə yəni uydurma “fentezi”ştrixi kimi baxmışıq. Bizim çox ulu və gələcəyimiz qədər müqəddəs keçmişimiz var. Bu konteksdə “Filmin sonu” layihəsi, baxışları dəyişmək istəyir. O cümlədən mədəniyyətə baxışı, ədəbiyyata baxışı, teatra baxışı, və sairələri dəyişdirmək istəyirik. Məqsədimiz budur.
– Yalnız Azərbaycan filimləri müzakirə olunacaq, yoxsa..?
– Xeyr, xarici filmlər də müzakirə obyekti olacaq. Hazırda bir neçə film dublyajdadır. Əsas məsələ film deyil, qoyulan mövzunun araşdırılmasıdır. Verilişə cəmiyyətdə adı və nüfuzu olan ziyallıları dəvət edib onlarla birgə filmlərin qoyduğu mövzuları və onların alt qatındakı ideyaların nədən ibarət olduğunu müzakirə edirik.
– ATV sizin layihənizə nə qədər efir vaxtı ayırıb?
-Veriliş hər ikinci gün saat 23:30- da efirə yayımlanacaq. Təxminən 2 saatlıq efir vaxtımız var.
– Verilişiniz uğurlu olsun! Siz həm də “Salnamə” studiyasının baş redaktoru vəzifəsinə təyin olunmusuz. Oralarda nə var, nə yox?
– Oralarda da kino var. İşlər yaxşıdır. Bu haqda sonra danışarıq.
– 2015-ci ildə Orxan Fikrətoğlu yazıçı olaraq oxuculara nə verəcək?
– Türkiyədə “Müjdə” adlı yeni ktabım dərc olunur. Kitaba 2 roman, bir kino-ssenari, bir pyes və yeddi hekayə daxildir. Deyirlər ki, kitabdan gəlir də götürəcəm. Mən heç vaxt əsil işim olan ədəbiyatdan pul qazanmamışam. Qazansaydım,evdə otutub işimlə məşğul olardım. Bundan sonra o biri kitablarımı da Türk dilinə tərcümə etdirib, dünya bazarına çıxartmaq niyyətim var.
– Televizya sizdən nəsə alıb?
– Televizya insanı işlək mexanizmə çevirir. Televizya mənim vaxtımı aldı. Ancaq qoruya bildikləimi qorudum, indi də yazmağa davam edirəm. Tam xarab omamışam, şükür Allaha! (gülür-red). Bilirsən, bu məsələni bizim müzakirə etməyimiz düzgün deyil. Millət müəyyən etməlidir ki, ziyalısından nə istəyir.
– Son zamanlar bizdə romançılıq dəb halına gəlib, dramatrugiya isə demək olar ki, yox səviyyəsindədir…
– Elə romançılıq da o gündədir. Kəmiyyət artıb, keyfiyyət isə axsayır. Biz hələ sovet dönəmindən çıxmamışıq. Biz internetdən və rus dönəmindən gələn bəzi şeyləri sintez edərək, özümüzün fərdi istedadımız sayəsində bir şeylər etməyə çalışırıq. Amma dünya bu gün tamam başqa konteksdədir. Biz isə hələ o yolu gedirik.
– Hərənin öz-özünü təbliğ etdiyi bir zamanda siz nə əcəb özünüzü yazıçı kimi təbliğ etmirsiniz?
– Dərd odur ki, hərə öz-özünü, həm də öz zəifliyini təbliğ edir. Amma mənim Moskvadan belə yaxşı ədəbiyyatçılar tərəfindən bəyənilmiş yazılarım, rəhmətlik İsa İsmayılzadənin mənim haqqımda yazdıqları, eləcə də rus nasirlərinin əsərlərim haqqında dedikləri və hekayələrimin analizləri mənim üçün daha böyük dəyərdir, nəinki indiki təriflər. Hərə öz dəstəsini və öz adamlarını tərifləyir. Ona görə də, ədəbiyyat zəifləyir. Bir də görürsən ki, mənim heç oxucu kimi saymadığım insana yazıçı deyirlər və onu qəbul edirlər. Bunlar ortalığa necə çıxır, necə olur, mənimçün də çox maraqlıdır. Bir də o var ki, mən dəstə adamı deyiləm.
– Orxan bəy, siz şair oğlusunuz, ola bilməz ki şeir yazmayasınız.
– Mən şeiri özüm üçün, bir də anam üçün yazıram.
– Sosial şəbəkələrdə varsınız?
– Yaxşı ki, bu mövzuya toxundun. Mənim heç e-mail adresim də yoxdur. Bilmirəm, kimlərsə mənim adımdan saxta profil açıb, nəsə paylaşmalar edirlər. Oxucularıma belə şeylərə inanmamağı məsləhət görürəm. Mən internetdə yoxam. Məni axtaranlar ATV kanalında yayımlanan “Filmin sonu” verilişində və dərc olunmuş kitablarımda axtarsınlar.
Hazırladı; Bahadur Qobustan
Yazıya 814 dəfə baxılıb