Elnarə Abdullayeva — …uşaqlarınızı atmayın
Salam ,mənim adım Nazlıdır.Adım Nazlı olsa da özüm ,təəssüf ki, nazlı olmadım.Valideynlərim nazımı çəkmədilər, qayğı, istilik görmədim, sevginin nə olduğunu bilmədim.
Sevgini ancaq filmlərdə gördüm, deyəsən yaxşı bir duyğudur.3 yaşım olanda anam məndən imtina edib, bəlkə də məcbur olub, amma yenə də istənilməyən, imtina edilmiş bir övladam.Burda, uşaq evində hər bir şəraitimiz, yeməyimiz, içməyimiz oyuncaqlarımız var.
Bizi övladları kimi sevən xalalar var, analar var, Bir yerimiz ağrıyanda qayğımıza qalırlar.Amma etdikləri onların işidir, əvəzində maaş alırlar.Amma mən öz evimizdə atamın, anamın yanında olmaq istəyirəm, onların isti nəfəsini, nəvazişini valideyn məhəbbətini axtarıram.
Bayramlarda bizə hədiyyələr, paltarlar , oyuncaqlar gətirirlər. Bizi heç olmasa bir anlıq sevindirmək, üzümüzdə təbəssüm görmək üçün bunu edirlər.Bunların heç birini istəmirəm, təki bir gün anam qapıdan içəri girsin, əlimdən tutub evimizə aparsın.Quru çörək belə yeyərəm, təki anamın isti qucağında nəfəsini hiss edim.Oyuncağım olmasın, amma anam yanımda olsun.
Atalara, analara demək istəyirəm ki, nə olar, uşaqlarınızı atmayın, onları yad əllərə etibar etməyin, axı onlar sizin bir parçanızdır, canınızdır.
Yazıya 773 dəfə baxılıb