Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

1912_8697

İtaliyanın Perla Penna ləl-cəvahirat evi tərəfindən Azərbaycanda təqdim olunan Caviar brendi daim unikal telefonları ilə diqqət mərkəzində olmağı bacarır.

Yeddi nəslin zərgərlik ənənələrini və müasirliyi özündə yüksək zövqlə birləşdirən İtaliyanın Perla Penna ləl-cəvahirat evinin növbəti əl işi Unico Diamante kolleksiyasıdır. Kolleksiyanın özəlliyi nadir növ anakondanın dərisindən hazırlanmış smartfonlardan ibarət olmasıdır. 

Biznesmenlər üçün stil və prestij böyük əhəmiyyət kəsb edir. Yüksək mövqenin yaratdığı bir sıra öhdəliklər həm də geyim kodeksini və müxtəlif biznes qaydalarını nəzərə almağa məcbur edir. Caviar məhz bu öhdəlikləri həzzə çevirməyə imkan verən smartfon yaradıb. Biznes-model Unico Perla Anaconda Diamante telefonu iPhone 6 bazasında təklif olunur. Telefonun dizaynında hər bir xırdalıq nəzərə alınıb. Fakturalı ağ anakonda dərisi, qızılın parıltısı və yeddi brilyant – telefonu səciyyələndirən detallardır.

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Caviar Anaconda Diamante Bianco – Caviar brilyant kolleksiyaları arasında şəksiz hitdir. Bu eksklüziv modelin qızıldan hazırlanmış loqotipi yeddi ədəd brilyantla bəzədilib. İtalyan dizayneri İliya Cakometti bu modelin hazırlanması üçün nadir su ilanı olan nəhəng anakondanın dərisini seçib. Qızıl haşiyəli ağ korpusda ağ dəri xüsusilə təmtəraqlı görünür. Bu kolleksiyadan olan digər bir telefon isə Anaconda Bianco Diamante Brown smartfonudur.

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Xatırladaq ki, Caviar kolleksiyaları limitli tirajla buraxılır. Telefonların hamısı əl işidir, əvvəlcə onun eskizləri üzərində İliya Cakometti özü çalışır. O, rəsmlərində lakonik formalardan istifadə edir, zərgərlər isə metalın cilalanması, miniatür detalların kəsilməsi, naxışların və seriya nömrələrinin çəkilməsi üzərində çalışırlar. İşin yekunlaşdırılmasından sonra usta yaratdığı nüsxəni şəxsən imzalayır. Keyfiyyətin rəmzi olan imza hər qızıl telefonun arxa panelində yerləşir.

Lyuks aksessuar: Anakonda dərisindən hazırlanan smartfonlar

Mənbə:büro 24/7

 

Yazıya 638 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.