ÜÇ KİTAB HAQQINDA ÜÇ KƏLMƏ SÖZ…

adile n

Üç həftə bundan əvvəl “Hüseyn Cavid Ədəbi Məclisi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə – oxucuların şair-rəssam Məmməd Dəmirçioğlu ilə görüşündə  xanım Adilə Nəzər mənə üç kitabını – “Fəlsəfə terminlərinin izahlı lüğəti”, “Yuxuma yağış yağır” və “Sevgi qum saatıdır” bağışladı…

 

Adilə xanımın idrakının elmi və poetik qatına az-maz bələd idim… Dəryanın dadı damlasında ehtiva olunduğu kimi bildiyim halında bu xanımın əsas halları cəm kimi gəlmişdi mənə… Onun yazdıqlarını kitab halında oxuduqdan sonra zənnimdə yanılmadığımın şahidi oldum. Mən düşündüyümdən də çox dərin qatlarda at səyirdən bir şair, alim obrazı canlandı gözümün önündə…

 

Elm sistemlilik, arasıkəsilməzlik, səbr tələb edən bir nəsnə -onda bunlar var. Materialı toplamaq, sistemə salmaq, nizam vermək bir müəllim işi… İnanıram ki, Adilə xanımın yazdıqlarından fayda götürənlər çox olacaq.

 

“Fəlsəfə terminlərinin izahlı lüğti”ndə Adilə xanım fəlsəfədə işlənən 2000 termini, termin söz birləşməsini bir yerə toplamış və onların dəqiq, konkret izahını vermişdir. Bu kitabdan bəlli olur ki, Adilə xanımın elmi məntiqi qüsursuzdur, bir neçə elmi sahə üzrə mütəxəssisdir, dil qanunlarına, fəlsəfəyə, psixologiyaya, dərindən bələddir. Böyük mətləbləri kiçik izahlarda verməkdə ustaddır.

 

Adilə xanım Allah sözünün izahını belə verir: “…- dini təsəvvürə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah adının kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar movcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk dəfə müqəddəs kitabda Allahın özünün məhz özü haqqında işlətdiyi addır. Bundan başqa Allah adının əl-ilah müəyyənlik artiklı və ilah sözünün birləşməsindən əmələ gəldiyini də iddia edənlər vardır. Lakin, digər dillərdə bu ad tamam başqa deyimlərdə movcud olmuşdur. Belə ki, türk dillərində Tenqri sözü türk xalqlarının islam dinini qəbul etməzdən əvvəl işlətdikləri xüsusi ad idi. Rus dilində Boq sözü, ingilis dilində God sözləri Allah mənasını verməkdədir. Allaha müxtəlif xalqlarda Tanrı, Xuda, Pərvərdigar, Xaliq, Yaradan, Xudavənd, Rəbb və s. kimi adlar da aid edilmişdir. İslam dinində Allahı anmaq üçün 99 addan istifadə olunur. Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökündən törəndiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dillərdə “Allah” kəlməsi belə səslənir: ibranı dilində “Eloah”, arami dilində “Elaha”, suriya dilində “Ələhə)”
Tək bu sözün izahından görünür ki, Adilə xanım neçə dinə, neçə elmə, neçə dilə, neçə bir-birdən fərqli olan elmi- dini- mifoloji sahəyə çox dərindən bələddir. Və 2000 terminin izahından aydın olur ki, onun potensial enerjisi tükənməzdir.

 

Fəlsəfə fikrin, poeziya sözün harmoniyasıdır. Adilə xanımda həm fikir, həm söz harmoniyası var. Üstəlik elmi dəqiqlik. Bir insanda bunların cəm olması ilahi lütf…

 

Adilə xanımın şeirləri haqqında virtual aləmdə hərdən bir bir-iki söz yazmışam,  ancaq o, bu iki kitabı ilə mənim qənaətlərimin sərhəddini daha da genişləndirdi. Sozün həqiqi mənasında bu xanım məni tam bənzərsiz bir poetik dünyanın içərisinə saldı… Dil, fikir, hiss. obraz, yaşantı bənzərsizliyilə məni həddən ziyadə heyrətləndirdi. Bir qadın şair kimi poeziyasında azadlığa çıxan daxili insani azadlığı, bir kişi kimi poeziyada sərgilədiyim kişi insani azadlığımı üsandırdı. Saf hisslərin, duyğuların ifadə genişliyi məhdutluğumu aradan qaldırdı…

 

Sevgi hissinin qutsalığını onun özünün qutsallığından doğur.  Bədən sevgisi yox, ruh sevgisi… Erotik çılpaqlıq yox, ruhi niqab….

 

Onun yazdıqları adamı ilahiləşdirən bir şey… Zahirən və daxilən gözəl olmaq hər bəndəyə qismət olmayan bir nəsnə. Adilə xanımın daxilinin ilahiliyi zahiri simasında, zahiri simasınin qutsallığı daxili aləmində. Hislərinin, yaşantılarının müqəddəsliyi poeziyasının forma və məzmununda, şeirlərinin förma və məzmun gözəlliyi, bənzərsizliyi hisslərində, yaşantılarında…

 

Elmi şüurla poetik şüurun bir insanda yola getməsi çox nadir hadisədir. Bir insanda bunun biri güclü olanda o biri zəifləyir. Adilə Nəzər ədəbiyyatda, ədəbiyyatın təbliğində, elmdə, insanlıqda xüsusi çəkisi olan bir şair, bir alım, bir təbliğçidir. Onun şairliyində alim təzahürü, alimliyində şair obrazı göründü gözümə. Hər ikisinin yolu uğurlu olsun!

 

Mübariz Məsimoğlu

mubariz

Yazıya 828 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.