Kimdir Cavid əfəndi?!

huseyn cavid 564dsKimdir Cavid əfəndi?!- öncə bir iki cümlə ilə bu suala cavab tapmağa çalışaq.

A)    Böyük dramaturq, nasir və şair

B)    Böyük vətənpərvər, romantik bir Turancı

C)    Öz həyatını və yaradıcılığını milli, mənəvi və dünyəvi dəyərlər üzərində quran bir düşüncə insanı

Mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim yazardı Cavid. Yazdığı əsərləri ilə millətini qəflət yuxusundan oyatmağa, birləşəməyə, azad və güclü olmağa səsləyirdi. Bax bunun üçün də faciəvi şəkildə sürgündə öldürüldü. O, hər şeydən öncə bir Türk- islam millətcisi idi- dünyəvi dəyərlərə də pəncərəsini bağlamayan . Hər bir əsərində ağrılı yerlərimizdən birini götürüb, onun üzərində işləmişdir- bəlkə düzələr ümidi ilə. Bildiyimiz kimi ö dövrdə Azərbaycanda üç düşüncədə yazarlar vardı.

1.      Sovet təfəkkürlü

2.      Azadlıq tərəftarı, ancaq bu azadlığın, yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmasını istəyən- Azərbaycançılar

3.      Həm azadlıq, həm də bütün türklərin bir bayraq, bir dil altında birləşməsini istəyən – Turançılar

Birincilər haqqında söz deməyə belə dəyməz. Özlərini proletar adlandıran bu insancıqların tək işi düşmən dəyirmanına su töküb, “ tarı susturmaqdı”

İkincilər, yəni Azərbaycançılar isə müstəqillik tərəfdarı idilər. Millətin faciəsini savadsızlıqda görür, dərman olaraq da ən aşağı təbəqələrin belə savadlanmasını istəyirdilər. Sabir, Mirzə Cəlil kimi insanların birləşdiyi Azərbaycançıların mətbu orqanı isə “ Molla Nəsirəddin” jurnalı idi.

 Üçüncülər- Turancılar isə “ Füyuzat” jurnalı ətrafında birləşmiş, bir qrup romantik yazardı. Bunların əsas  məqsədlərindən biri  “ vahid dil” problemi idi. Elə bir dildə yazılmalı idi ki, bütün Türk dünyası onu anlaya bilsin, bu da ən çox inkişaf etmiş “ istanbul türkcəsi” idi. Cavid, Hadi və b yazarların nə üçün türkcə yazması sualının cavabı da bu. Bunların əsas fikir atalarından biri krımda “ tərcüman” qəzetini çıxaran İsmayil Qaspıralı və onun “ dildə, fikirdə və işdə birlik” məfkürəsi olmuşdur. Onlar yaxşı bilirdilər ki, ancaq eyni dildə danışan insanlar, eyni cür düşünə, eyni işləri görə bilərlər.

 Cavid və məfkürə yoldaşlarını müasir və müstəqil Azərbaycanın da memarları adlandırmaq olar. İstər cumhuriyyət, istər müasir respubilka onların fikir və düşüncələrini əsas alaraq qurulmuşdur.

Yəni, “ Türk millətindən, islam ümmətindən və avropa mədəniyyətindən olmaq”. Əli bəy Hüseyinzadə Azərbaycan bayrağını hazırlayarkən də bu üç düşüncəni əsas götürmüşdür, çünki onlar yaxşı bilirdilər tək başına millətçiliyin də, dinin də, qərb dəyərlərininin də təhlükəli olacağını.

“ Şeyx – Sənan” ı neçə nəfərimiz anladı, anlaya bildi. Ədəbi tənqidimiz bu əsərin bizə nə demək istədiyini tapmaq üçün heç çalışdımı görəsən. Hər bir Türk- islam coğrafiyasında yaşayan gəncin oxumalı olduğu bir əsərdi. Şeyx  Sənan obrazını anlaya bilsək bu gün nə gedib radikal islami təşkilatlara qoşularıq, nə də çıxdığımız yoldakı əngəllər bizi dayandıra bilər. Ədəbi tənqidimizin postmodernist müğənnilərin yazılarından başını qaldırmağa və bu cür əsərləri də aydınlaşdırmağa zamanları olar inşallah.

“ Topal- Teymur”  bu əsərin bizə dediyini “ Dədə Qorqud”  çox- çox əvvəllər demişdi, ancaq anlayan kim. Iki qardaşın savaşı bir ailənin- millətin faciəsidir. Bir olsaq bu gün Qarabağ işğal altında olardımı, Şərqi Türkistanda, Suriya və İraqda türklər öldürülərdimi?!

Ya da “ iblis”. Anlaya bilmişikmi nə deyir bu əsər?- içimizdəki ibllislə mübarizə apara bilirikmi?!

 

Əslində Cavidə dil uzadlanlar bu işi çoxdan görür. Türklüyə dil uzatdılar Cavidin sümükləri sızladı, islama dil uzatdılar yenə olan Cavidə oldu. İndi bir – iki cılız varlıq onun şəxsən özünə qarşı hörmətsizlik edir. Ancaq nə desələr də Böyük Hüseyin Cavid Azərbaycan ədəbiyyatının əfəndisi olmaqda davam edəcək.

 Məkanın cənnət olsun əfəndim..

 

Tural Sahab

Yazıya 890 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.