Bahadur Qobustan — Özünə mənim kimi bax…

bahadur-300x300

Sən o yana, mən bu yana,
Qırıldı sevginin ipi.
Çox göynətmədi, onsuz da
Köz salmır ki saman çöpü.

İstəmədim olsun belə,
Özümü atdım quyuya.
Su tökdüm ki, sulu olsun
Sən üzüb, çıxdın quruya.

İlıq yovşanlar kimisən,
Dəvələr otladı səni.
Düz bilib getdiyin yerlər,
Yüz yerə qatladı səni.

Həyat bişirə bilmədi,
Çiy verdi səni yarına.
Azacıq sevə bilsəydin,
Alıb əlindən yapardım
Təndirin iç divarına.

Yığ cəsarətini, topla
Boynuna boyunbağı tax.
Sabah ova çıxmalıyam,
Özünə mənim kimi bax.

Ağlama, düşmənlər gülər

Yada xoş gələr, ağlama

Dünya üşüyər, titrəyər

Yenə qış gələr, ağlama

 

 

Sil gözünü bəsdir qurtar

Gül ki, gülsün bu ruzigar

Allahın acığı tutar

Göydən daş gələr ağlama

 

 

Sonu yoxdur bu savaşın

Burax yolun dərdli  başın

Çatılıb o hilal qaşın

Gözdən yaş gələr ağlama

 

 

Taleydən mən də çox küsdüm

Qızıl teştə al qan qusdum

Heeeey səninləyəm eee dostum

Birə beş gələr, ağlama

 

Ağlama qurbanın olum

Ağlama bəsdir, ağlama

Dünya əbəsdir, ağlama…

Bu xəmir çox su apardı,

O su bu xəmiri sevir,

Bu dağı Tanrı yaradıb

Biri sevmir, biri sevir.

 

Kim bilir daha doğrusun

Kimdi məhəbbət oğrusu

Kimdə var ölüm qorxusu

Doğulduğu yeri sevir.

 

Laiq olmadığı qədər

Sevsən, bədəli var – kədər

Sən tək deyimişsən kəhər,

Sevgi də yəhəri sevir.

 

Göz-gözü görməyən yerdə

Nə sən lazımsan, nə pərdə

Mən səni sevmərəm birdə

Ürəyim qəbiri sevir.

Yazıya 716 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.