Rəcunə RÜSTƏMOVA –Müəllim ətri (“Müəllim” Layihəsi)

11119980_492016237640997_6076074794676653502_o    kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

Kiçik olanda yaşıdlarımla oynadığım oyunların içərisində “müəllim-müəllim” oyununu cox sevirdim.Bu oyunu mən özüm uydurmuşdum.Həmişə müəllim mən olardım. Şagirdlərim isə kiçik bacım,yaşıd qonşu uşaqları idilər.Hərdən onlarla küsüşəndə oyuncaq gəlincikləri şagird kimi qarşıma düzürdüm.Hamısına da öz sinif yoldaşlarımın adını qoymuşdum.Mən gəlinciklərimə saymaq öyrədir, əllərindən tutub hərfləri yazırdım.Bu oyunu çox sevirdim. Mən özümü Bənövşə müəlliməyə bənzədirdim.O,mənim sinif müəllimim idi. Baxmayaraq ki, müəllim ailəsində anadan olmuşdum və bir neçə müəllimin əhatəsində böyüyürdüm (xala,bibi,nənə), ancaq onların heç birini müəllim kimi yox, elə doğmalarım kimi sevirdim. Mən Bənövşə müəllimə kimi yeriyir,danışır,onun kimi oturur,hətta onun kimi geyinirdim.Anamın şərflərini götürüb çiynimə salır,yaxamda müəlliməm kimi düyün vururdım.Bir sözlə,mən hər gün Bənövşə müəllimə “olurdum.”

Evimiz kəndin ən hündür yerində idi.Qarabağın mənzərəli kəndlərindəndi.Arxa tərəfdəki təpəciyə çıxanda müəlliməmin həyəti aşıq-aydın görünürdü.Mən saatlarla oturub onun evdən bayıra çıxmasını gözləyirdim.Sanki qəribə mənzərə ilə qarşılaşacaqdım.Hamı kimi o da ev işləri ilə məşğul olur,toyuq-cücəsinə dən tökürdü. Bunları xüsusi heyranlıqla seyr edirdim.Mənə elə gəlirdi ki,onun həyətindəki toyuq-cücələr,bağçasındakı güllər, bağındakı ağaclar da digər kənd adamlarınınkından daha fərqli,daha gözəldir. Gördüklərimi evdəkilərə həyəcanla danışanda onların etinasiz münasibətləri məni çox qıcıqlandırırdı.Anlamırdım ki, Bənövşə müəllimədən danışanda necə qulaq asmamaq olar?
Zaman keçdi. Bir müddətdən sonra ,mən ücüncü sinfi yenicə bitirəndə biz öz yurdumuzdan köçkün kimi ayrılmaq məcburiyyətində qaldıq. Uşaqlıq oyunlarımız da elə özümüz kimi pərən-pərən oldu. Artıq nə evcik oynayırdım, nə də müəllim olurdum. Müharibənin qohum –əqrəbaya ,yaxınlarımıza gətirdiyi bəlaların acısını bizim körpə qəlblərimiz də duymamış deyildi. Amma bu dərdə dözməkdən başqa çarəmiz yox idi… Yaşından qabaq böyümüşdük biz. Şəraitlə əlaqədar heç  məktəbə də düz-əməli  gedə bimirdik. Müəlliməmdən də xəbərim yox idi. Hara köçdu,necə oldu ,başına nə gəldi, bilmədim.
Beləcə günlər su kimi axır, sanki selin qarşısına alıb gətirdiyi bizləri yerbəyer edirdi. Artıq özümüzə yer-yurd qurmuşduq. Məktəbə də davamlı olaraq gedirdik. Bizə “qaçqın uşaqları”deyəndə çox pis olurdum, hətta dəfələrlə aglamışdım da…
Mən nə o məktəbin, nə də müəlliməmin ətrini yeni tanış olduğum müəllimlərin heç birində ala bilmirdim.Hər şey adiləşmişdi.Artıq müəllimə fövqəlbəşəri qüvvə kimi baxmırdım.Zaman sanki duyğularımı da dəyişmişdi…
Eh,bunları axı niyə xatırladım mən?!.
…Bu gun mən özüm müəlliməm.Sinfə ilk daxil olanda ilk xatırladıgım Bənövşə müəllimə olmuşdu.Qeyri-ixtiyari gözlərim yaşarmışdı.’’Müəllim-müəllim’’ oyununu xatırlamışdım.Bənövşə müəllimənin simasi,kəndimiz,sinif otaqlarımız bir-bir gözlərimin önündə canlanmışdı. Həyəcanlanmırdım,çünki mən kiçik yaşlarımdan müəllim idim-Bənövşə müəllimə.Mənim həyat yoluma bu insanın saldığı ziyanın işıqlari bu gün də yanmaqdadır.
Və mən bu işıqları yenidən öz kəndimizdə,Bənövşə müəllimənin mənə dərs keçdiyi məktəbdə həmkəndlilərimin uşaqları üçün yandıracağım günü böyük səbirsizliklə gözləyirəm…

Yazıya 713 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.