Emin AKİF — TANRIYA DANIŞACAM BU KÜÇƏDƏN

1601544_901351176572020_5403965744496660250_nKüçələri gəzən mənəm
Gecə-gecə,  səhər-səhər…
Dünya artıq sıxır məni
Ölkə-ölkə,  şəhər şəhər.

Yaş adamlar yaşayırdı
Küçələrdə ölə – ölə…
Daş adamlar saraylarda
Kef çəkirdi gülə-gülə…

Dalan-dalan,  küçə-küçə
Dilənçilər əl açırdı…
Polis fiti eşidəndə
Korlar görür,  kar eşidir,
Lallar isə dil açırdı..

Daha itlər hürüşmürdü
Adamlar da itləşirdi
O itlərə hürə – hürə..
Bir insanlıq məhv olurdu
O itlərin qabağında
Gözlərimiz görə-görə..

Əyyaşlarla dolu idi
O qaranlıq küçələr də…
İynə-iynə yollar vardı
Narkomanlı küçələrdə..

Bəs bu məscid nə üçündü…
Kəsilibsə sübh azanı.
Çətin gələ bu məscidə
Bu küçənin yol azanı…

Bu küçənin sabahı yox
Nə də ki,  var axşamları…
Ya bu küçə unudulub
Ya unutmuş tanrısını
Bu küçənin adamları…

Gecəqondu,  imkanım yox
Köçüm səndən uzaqlara…
Qayıtmaq da mümkün deyi
l Zaman-zaman qabaqlara…

Bu küçə də sıxır məni
Sıxır məni adamlar da…
Bu küçədə xəyanətin
Qoxusu var tanrısına…
İnsanlığın zərrəsi yox
Xəyanətkar adamlarda..

Dünya məni sıxır axı
Ölkə-ölkə,  şəhər-şəhər…
Ölmək üçün yaşamaq var
Bu küçədə ömür boyu
Dərd daşıyıb kədər-kədər..

Ya köçərəm bu küçədən,
Ya biryolluq o dünyaya
Tanrısını unutmuşlar Küçəsindən
Danışaram Qismət olsa o tanrıya…
Bu küçədən..

Yazıya 736 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.