Esmira MƏHİQIZI — Yaşlı erməni qadının vəhşiliyi…

Esmira_Mehiqizi

Atamın iş yerinin yanındakı qəsəbədə 5-6 yaşlarında bir oğlan uşağı itmişdi. Kür çayına yaxın olduğundan o uşağı dalğıclar çayda axtarır, qamışlıqda gəzirdi. Bir sözlə, adamlar hər yerdə o uşağı axtarırdı.

 

 

Biz onda çox uşaq idik. Atam hər evə gələndə deyirdi ki, gözlərim hər yerdə o uşağı axtarır. Uşaqlar da bu axtarışda böyüklərdən geri qalmırdı. Binamızın zirzəmisinə baxır, dama çıxır, kimin gümanı hara gəlir ora göz yetirirdi, amma uşaq tapılmırdı. O aralar bütün valideynlər uşaqlarını çölə az buraxır və balalarına özləri nəzarət edirdilər. Uşaqlar da şər qarışmamış ev-eşiyə yığılırdı, yəni hamıda bir qorxu vardı. Həm də bəzi nadinc uşaqları olan valideynlərin əlinə girəvə düşmüşdü sanki. Uşaqları qorxuzurdular ki, şəhərdə uşaq oğrusu var.

 

 

Və…nəhayət elə bir gün gəldi ki…hamını dəhşət bürüdü. Heç demə bu itən oğlan uşağını qonşularında yaşayan qoca bir erməni qadını oğurlayıb, evində işgəncə verirmiş. Siranuş adlı bu qarı uşağı çarpayıya bağlayıb, ütünü qızdırıb sinəsinə, kürəyinə dağ basırmış. Həm də erməni dilində nələrsə deyə-deyə. Bəlkə də o uşaq eləcə ölüb gedəcəkdi, heç kim də uşağın necə olduğunu bilməyəcəkdi. Çünki  Kürdə uşaq da boğulub ölürdü, böyük də… Bizim məktəbdə oxuyan Allahverdi adlı oğlanın Kürdə boğulduğunu görən olsa da, onun da meyidi tapılmırdı ki, tapılmırdı. Yəni bu balaca oğlanı da hamı elə biləcəkdi. Elə biləcəydilər ki, bu uşaq da Kürdə axıb gedib. Və ümid edəcəkdilər ki, bir gün haradansa suyun üzünə çıxacaq.

 

 

 

Demək belə…uşaqlar topla oynayan zaman ehtiyatsızlıq edirlər, top o erməni qadının həyətinə düşür. Uşaqlar balaca taxta hasardan hoppanıb topu götürmək üçün qadının həyətinə keçir. Bu zaman evdən çığırtı səsləri eşidilib. Bir uşaq ağlayaraq yalvarırmış ki, eləmə, ağrıdır…

 

 

Uşaqları maraq pəncərəyə tərəf aparır. Günlərlə itkin düşmüş uşağın çarpayıya bağlandığını və Siranuşun ona işgəncə verdiyini görüb, dərhal qaçıb hamıya xəbər veriblər.

 

 

 

Atam deyirdi ki, o qadını əl-qolunu bağlayıb aparanda mən də orada idim. Qarı vəhşi heyvana dönmüşdü. Gülürdü və deyirdi ki, siz bizə genosid eləmisiniz, hələ bu harasıdır, görün biz sizə nə edəcəyiyik.

Bu da erməni anası, erməni nənəsi, erməni xisləti…

Bu da mən uşaq ikən ermənidən gördüyüm və yadımda qalan əsil həyat hekayəsi. Ermənilər məhz belədir. Anaları da, nənələri də, balaları da… Onlar humanist ola bilməz..

 

 

Demirəm ki, biz erməni uşaqlarını öldürək. Əsla…biz heç onu bacarmarıq da, çünki qanımızda, canımızda bir uşağa, bir qocaya əl qaldıracaq nifrət və qəzəb dolu hiss görmürəm.

 

 

Müharibəni də sevmirəm, amma bu olmalıdır, başlamalıdır, haqqımızı özümüzə qaytarmalı, yaralı torpaqlarımızın yaralarını sarımalıyıq. Nə Siranuşlara, nə Mkrtçlara, nə Xorenlərə aman olmamalıdır. Zori Balayanlara, Silva Kaputikyanlara və neçə belə dırnaqaeası erməni ziyalısına isə heç aman yox.

 

 

Unutmayaq ki, Xocalıya bahar gəlməlidir…

Qarabağda çiçəkləyən ağacların qoxusu nəfəsimizə dolmalıdır.

Və…və…və

Bir ağac bahardan nə istəyər ki…

(müstəqil.az)

Yazıya 1104 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.