Nüşabə Əsəd Məmmədli – Xoşbulaq yox, XAÇBULAQ!!!

Yanvar şəhidlərinə Gecə şər kimi altdan      qapqara qaralanda, Ulduzlar axır, qana-qəltən şəhər baxır. Şaşqın-şaşqın, dalğın-dalğın... Şəhər dönüb matəmxanaya-  Süngülərin ucunda Şimala, Cənuba bölünən vətən Şimal-Cənub ayrıcında. Gecə ulsuzlar  qorxa-qorxa, qıpqırmızı qan görüb. Karıxa-karıxa, darıxa-darıxa, göz yaşına dönürlər... Sübhə yaxın  insanların xətrinə ulduzlar gizlədirlər qorxunu, təlaşı. Göylərin gözlərində quruyur büllur-büllur göz yaşı...           Nuşabə Əsəd Məmmədli                   1990

Xaç sözündən qorxan cənabların nəzərinə çatdırıram ki, hələ xristiyanlıqdan 1000 illiklərlə qabaq Şumerlərdə, Hindlilərdə, Misirlilərdə Xaç universal simvol olaraq səma ilə yerin kəsişdiyini – dünyada harmoniyanın, yəni ahəngdarlığın təntənəsi rəmzidir. Şaquli xətt – Səma, üfüqi xətt – Yerdi. Ikisi birgə əbədilik deməkdir.
Son vaxtlar ərazi adlarımızın kəmsavad adamlar tərəfindən (etiraf edək ki, vəzifə sahiblərin içində belələri kifayət qədərdir) ərazi adlarımızın süni sürətdə dəyişdirilməsi faktları geniş vüsət alır. Təbii ki, bu hal məndə narahatlıq doğurmaya bilməz. Belə, “adqoyma” mərasimi qədim Xaçbulaq yaylağının və nisbətən yeni olan Xanlar rayonunun başına gəldi. Xanlar ayrıca məqalənin mövzusudur. Mən böyük sənətkar Dədə Ələsgərin vəsf etdiyi Xaçbulaq haqqında azacıq danışmaq istərdim. Yadınızdadı görkəmli aşıq nə deyirdi?

Həsən dədə, Həsən baba qoşadır
Haçbulaq yaylağı xoş tamaşadır
Aşıq eldən ayrı niyə yaşadı?
Ölsün Ələsgər tək qulların dağları

Universitet təhsili görməyən, heç bir vəzifə tutmayan el sənətkarı bilirdi ki, bu elin-obanın adı Xaçbulaqdır. Və bu addan biz qürur duymalıyıq, nəinki ona bir qondarma ad yapmalıyıq. Heç olmasa qədim adı dəyişən cənablar, yemək-içməkdən vaxt tapıb, bir az da tarixi oxusunlar! Əgər onların xalqımızın tarixindən bir azacıq xəbərləri olsaydı, bilərdilər ki, Xaçbulaq qədim sivilizasiya məkanı olub. Hələ eramızdan əvvəl 3-cü minillikdə burada kurqanlar, bir necə zağa var idi. Son tunc və erkən dəmir dövrünə dair abidələr mövcuddur.

Dünayanın ilk xristianlarının rəmzi balıq olmuşdu. Isa peyğəmbər çarmıxa çəkiləndə sonra xristianlar da xaçı öz simvoluna çevirmişlər – əbədilik rəmzi kimi.
Ancaq Xaçbulaq dünyanın özü qədər qədim bir ərazi ulu Gəncəlilərin yaylaq yeri olmuşdu, qədim Gəncənin bir dağ kəndi olmuşdu – Gəncə sıra dağların ətəyində.

Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı?..

1 147108319169738544 14710831911439526353 DlwR6UVWsAUHXGB qar_neqliyyat

Yazıya 936 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.