Erməni quldur dəstələrinin Ağdərə bölgəsində törətdikləri qırğınlar

XX əsrin əvvəllərində erməni quldur dəstələrinin Ağdərə bölgəsində törətdikləri qırğınlar və xarabazara çevrilmiş kəndlər…

На изображении может находиться: Cavid Bağırzade

CAVİD BAĞIRZADƏ
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

XX əsrin əvvəllərində Rusiyanın dövlət siyasəti olaraq köməyi və təşkilatçılığı ilə ermənilər Azərbaycanın Ağdərə bölgəsində də məqsədyönlü və planlaşdırılmış formada xüsusi amansızlıq və qəddarlıqla kütləvi qırğınlar həyata keçirmişlər. Ağdərə bölgəsinin kəndlərində bu dövrdə törədilmiş qırğınlar əsasən 1905-1906 və 1917-1918-ci illər ərzində törədilmişdir. M.S.Ordubadinin verdiyi məlumatlardan məlum olur ki, Cavanşir qəzasında – Ağdərə bölgəsində azərbaycanlıların kütləvi şəkildə qırğınlara məruz qalması əvvəlcədən planlaşdırılmış, Daşnaksütyun komitəsinin tapşırığı və təşkilatçılığı ilə Hamazaspın komandanlığı altında silahlı dəstə kütləvi qətliamlara xüsusi hazırlıq görmüş, hərbi əməliyyat hazırlamışdı [1, 81]. Bəhs olunan dövrdə Ağdərə bölgəsi Gəncə quberniyasının Cavanşir qəzasının əsas hissəsini təşkil edirdi. Cavanşir qəzası üç polis sahəsinə bölünmüşdü. Birinci və ikinci sahələrdə Həsənqaya, Sərv, Yarımca, Sistula, Kaxrılar kəndləri çıxmaqla yerdə qalan kəndlər azərbaycanlıların yaşadığı kəndlər idi. Üçüncü sahə isə Dağbasar kəndlərindən ibarət olub əksəriyyəti ermənilərin yaşadığı kəndlər olmuşdur. Bu sahədə Kolanı camaatının yaşadığı Dəmirlli, Hacı Qərvənd, Çıraqlı, Umudlu, İmarət Qərvənd, Xaçın çayı boyunca Şəxavənd, Güneypəyə, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi dağlıq kəndlər vardır.

1918-ci il azərbaycanlıların soyqırımı. Bakıda mart qırğınları 1905.az

XX əsrin əvvəllərində erməni quldur dəstələrinin Ağdərə bölgəsində törətdikləri qırğınlar və xarabazara çevrilmiş kəndlər…

На изображении может находиться: Cavid Bağırzade

CAVİD BAĞIRZADƏ
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

XX əsrin əvvəllərində Rusiyanın dövlət siyasəti olaraq köməyi və təşkilatçılığı ilə ermənilər Azərbaycanın Ağdərə bölgəsində də məqsədyönlü və planlaşdırılmış formada xüsusi amansızlıq və qəddarlıqla kütləvi qırğınlar həyata keçirmişlər. Ağdərə bölgəsinin kəndlərində bu dövrdə törədilmiş qırğınlar əsasən 1905-1906 və 1917-1918-ci illər ərzində törədilmişdir. M.S.Ordubadinin verdiyi məlumatlardan məlum olur ki, Cavanşir qəzasında – Ağdərə bölgəsində azərbaycanlıların kütləvi şəkildə qırğınlara məruz qalması əvvəlcədən planlaşdırılmış, Daşnaksütyun komitəsinin tapşırığı və təşkilatçılığı ilə Hamazaspın komandanlığı altında silahlı dəstə kütləvi qətliamlara xüsusi hazırlıq görmüş, hərbi əməliyyat hazırlamışdı [1, 81]. Bəhs olunan dövrdə Ağdərə bölgəsi Gəncə quberniyasının Cavanşir qəzasının əsas hissəsini təşkil edirdi. Cavanşir qəzası üç polis sahəsinə bölünmüşdü. Birinci və ikinci sahələrdə Həsənqaya, Sərv, Yarımca, Sistula, Kaxrılar kəndləri çıxmaqla yerdə qalan kəndlər azərbaycanlıların yaşadığı kəndlər idi. Üçüncü sahə isə Dağbasar kəndlərindən ibarət olub əksəriyyəti ermənilərin yaşadığı kəndlər olmuşdur. Bu sahədə Kolanı camaatının yaşadığı Dəmirlli, Hacı Qərvənd, Çıraqlı, Umudlu, İmarət Qərvənd, Xaçın çayı boyunca Şəxavənd, Güneypəyə, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi dağlıq kəndlər vardır [1, 78].

1918-ci il azərbaycanlıların soyqırımı. Bakıda mart qırğınları 1905.az

Erməni silahlı dəstələri 1905-ci ilin avqust ayından 1906-cı ilin iyun ayınadək müəyyən fasilələrlə Cavanşir qəzasının Xaçın və Tərtər çayları hövzəsində, habelə Ağdərə bölgəsində kütləvi qırğınlar törətmişlər. Həmin dövrdə Cavanşir qəzasındakı 227 kənddən yalnız 39-da ermənilər yaşayırdılar [6, 159]. M.S.Ordubadinin verdiyi məlumata görə Cavanşir qəzasındakı azərbaycanlı kəndlərinin əhalisini tamamilə qırmaq və onların kəndlərini yer üzündən silməklə ermənilər İrəvan, Şuşa, Zəngəzur və Gəncədə yaşayan ermənilərinin bir-biri ilə əlaqəsini təmin etməyi planlaşdırırdılar. Bununla da Daşnaksütyun partiyasının planına uyğun olaraq Cavanşir qəzasının azərbaycanlı əhalisini də məhv etməklə bu bölgəninin də daxil olacağı “Ermənistan” təşkil ediləcəkdir

Cavanşir qəzasında kütləvi qırğınların törədilməsi zamanı ermənilərə hər cür imkan yaradan qəza rəisi Pivovarov idisə, azərbaycanlı əhalinin başsız qalmasının əsas səbəbkarları isə Pivovarovla kef məclislərində olan bəzi Cavanşir bəylərinin milli heysiyyat hissinin olmaması idi.

Cavanşir qəzasının – Ağdərə bölgəsinin kəndlərinin qırğınlara məruz qalması, törədilmiş vəhşilik, qarət və qətliamlar haqqında M.S.Ordubadinin “Qanlı illər” və erməni müəllifi A-Donun 1907-ci ildə İrəvanda erməni dilində çap olunmuş “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla”  kitablarında məlumatlar öz əksini tapmışdır. Həmçinin 1905-1906-cı illər qırğınları ilə bağlı yerli əhalinin yaşlı nümayəndələrinin 1960-80-ci illərdə danışdıqları ağrılı-acılı xatirələri (o cümlədən bu sətirlərin müəllifinin baba və nənəsinin ata-babalarından eşitdikləri) insanı dəhşətə gətirir.

Erməni silahlı quldur dəstələri 1905-1906-cı illərdə Cavanşir qəzasının Sırxavənd, Yeddi Qışlaqlar, Çıraqlı, Hacı Qərvənd, Məmərzalar, Arpatala, Buruc, Dəmirli, Baş və Aşağı Güneypəyələr, Manikli, Süleymanbəyli, Əliağalı, Kəngərli, Qarapirim, Umudlu, İmarət Qərvənd, Çobansu, Şəxavənd və Pirxud kəndlərində kütləvi qırğınlar törətmiş və əhalinin yer-yurdlarından didərgin salmışdılar [6, 159]. Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə 1905-ci ildə Cavanşir qəzasında 15 müsəlman kəndi dağıdılmışdır . Bu kəndlərdən Dəmirli, Hacı Qərvənd, Buruc, Çıraqlı, kəndləri yer üzündən silinmiş, sağ qalmış əhalisi isə Tərtər çayının aşağı axarları boyuna pənah gətirərək Tərtər və Bərdə bölgələrində məskunlaşmışlar. Hal-hazırda Tərtər rayonunun mövcud Hacı Qərvənd (son zamanlar kəndin adı dəyişdirilərk Kolanı adlandırılmışdır – C.B.) və Buruc kəndləri 1905-ci il hadisələrdən sonra ata-baba yurdlarından didərgin düşmüş əhali tərəfindən salınmışdır. Kütləvi qırğınlara məruz qalmış Umudlu kəndinin sağ qalmış əhalisi isə Ağdam və Tərtər bölgəsində sığınacaq tapmış, əhalinin bir qismi isə sonralar geri qayıdaraq dağılmış, qarət edilmiş kəndi bərpa etmişlər.

1905-ci ilin avqust-sentyabr aylarında ermənilər ilk cinayətlərini törədirlər. Hacı Qərvənd kənd sakini 60 yaşlı Hümmət bəy Paşa bəy oğlu əsir götürülür və qətlə yetirilir. Sırxavənd sakinləri Abbasqulu və İmran Həsənxan oğlu meşəyə getdikləri zaman ermənilər tərəfindən qətl olunub sonra yandırılmışlar. Qətl yerində onların yalnız kəsilmiş başları qalmışdır. Bu qətllərdən sonra Cavanşir qəzasında kütləvi qırğınlar başlayır.

1905-ci il oktyabrın 3-də sübh vaxtı meşədən şeypur səsi gəlir, bu bir işarə idi. Ardınca meşədən güclü piyada dəstələri çıxır, arxadan atlılar hərbi bayraqlarla Sırxavənd kəndinə hücum edir. Kəndin meşəyə qaçıb canını qurtarmaq istəyən əhalisinin bir hissəsini 400 nəfərlik erməni silahlı dəstəsi təqib edib qətlə yetirir. Hamazaspın komandanlığı altında silahlı erməni qaniçənləri Sırxavənd kəndini qırıb-çatır, kəndi büsbütün darmadağın edirlər. Sırxavənd kəndi sakinlərin cəsədləri ilə dolur, qandan çalalar əmələ gəlir. Az bir vaxt ərzində Sırxavənd və ona qonşu olan Əliağalı kəndi qarət edilərək dağıdılır. Evlər qarətdən sonra yandırılır. Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla para-para edir, süngülərə keçirirdilər .

1905-ci ilin noyabrın 27-də Daşanaksütyun komitəsinin təşkil etdiyi erməni quldur dəstəsi Madagis, Çaylı, Namis və s. erməni kəndlilərindən təşkil olunmuş dəstə ilə birlikdə Dəmirli kəndini üç tərəfdən mühasirəyə alır. Dəmirli kəndi əslində üç tərəfdən erməni kəndləri ilə, qərb tərəfdən isə azərbaycanlı Çıraqlı kəndi əhatələnirdi. Qəzanın digər kəndlərindən sərvəti və dövləti ilə üstün olan Dəmirli kəndi qarət olunur, əhalisi isə qonşu Çıraqlı kəndinə pənah aparır. Dəmirli faciəsindən sonra 1905-ci il noyabrın 31-də erməni silahlı dəstələri Çıraqlı və Hacı Qərvənd kəndlərinə hücum edirlər. Çıraqlı və Hacı Qərvənd kəndləri qarət edilir və yandırılır .

Kəndlərin sağ qalan camaatı Pirxud kəndinə toplaşır. Qəza rəisi Pivovarovun bu qədər qırğınlardan sonra belə heç bir tədbir görməməsi nəticəsində Pirxud kəndinin camaatı və ora pənah gətirmiş Çıraqlı və Hacı Qərvənd kəndlərinin əhalisi qəzanın ikinci sahədə olan azərbaycanlıların yaşadıqları kəndlərin yanına daşınırlar. Ermənilər Pirxud kəndini də qarət edib yandırırlar. Beləliklə də Dəmirli, Hacı Qərvənd və Pirxud kəndləri yer üzündən silinir. Erməni qaniçənləri İmarət Qərvənd, Buruc və Çərəkdar kəndlərinə də hücüm edir, kəndlər qarət edilir, əhalisi qırğınlara məruz qalır. Buruc kəndinin aqibəti digərlərindən fərqli olmur, əhalisi ata-baba yurdunadan didərgin düşür, kənd yandırılır.

Cavanşir qəzasında ən dəhşətli hadisələr Umudlu kəndində baş vermişdir. Xocalı soyqırımından 87 il əvvəl eyni dəhşətlər Umudli kəndində törədilmişdir. Umudlu faicəsi haqqında ayrıca bəhs edilmişdir .

Cavanşir qəzasında ermənilər növbəti qətliamları Birinci Dünya müharibəsinin sonlarında həyata keçirmişlər. Cavanşir qəzasının polis idarəsinin rəsmi sənədləri və istintaqda şahidlərin verdiyi ifadələrə əsasən qəzada aşağıdakı vəziyyət müəyyən edilmişdir. Hələ Rusiyanın hərbi əməliyyatları dayandırmasına qədər erməni əsgərləri cəbhədən fərarilik edərək, öz kəndlərinə çoxlu tüfəng, pulemyot və başqa döyüş sursatı oğurlayıb gətirmişdilər. Bu cür cinayətkar hallara bir tərəfdən yerli erməni ziyalıları və erməni kənd icmalarının nümayəndələri rəvac verir, digər tərəfdən rus polis hakimiyyətinin fəaliyyətsizliyi şərait yaradırdı. Rusiyada dövlət çevrilişi baş verdiyi vaxtda demək olar ki, döyüş sursatı və silahla təchiz olunmuş ermənilərin müsəlmanlara qarşı düşmənçilik münasibətləri zorakılıq hərəkətlərində özünü göstərməyə başladı. Bu dövrdə qəzanın Kolanlı icmasının kəndləri ermənilər tərəfindən tamamilə dağıdılmış, erməni Avrayan cəmiyyətinin kəndləri isə heç bir halda zərər çəkmə¬mişdilər. Beləliklə, Cavanşir qəzasında yalnız Kolanlı cəmiyyətinin 12 kəndi tamamilə dağıdılmışdı .

Cavanşir qəzasının polis idarəsinin rəsmi sənədlərindən, eləcə də yeli Kolanı camaatının yaşlı insanlarının xatirələrindən məlum olur ki, 1905-1906-cı illər ərzində baş vermiş kütləvi qırğınlaradan sonra öz kəndlərini tərk etmək məcburiyyətində qalmış əhalinin bir qismi yenidən öz kəndlərinə qayıdaraq kəndlərini bərpa etsələr də, çox keçməmiş, 1917-1918-ci illər ərzində də soyqırıma məruz qalmışlar.

1917-ci ilin dekabrından başlayaraq erməni quldur dəstələri Cavanşir qəzasının Kolanı camaatının kəndlərinə soxulmuş, oralarda silahlı gözətçilər qoymuşdular. Onlar kolanlılardan “Ermənistana” tabe olmağı tələb edir, öz dövlətləri üçün vergi toplamaq adı altında azərbaycanlılardan öz xeyirlərinə çoxlu pul yığırdılar. Onların dəstələri Azərbaycan kəndlərində istədiklərini edir, müntəzəm olaraq azərbaycanlıların mal-qarası¬nı zorla əllərindən alıb aparırdılar [7, 29].


Cavanşir qəzası azərbaycanlılarının milli komitəsi Kolanlı icmasının əhalisini ağır vəziyyətdən çıxarmaq üçün ermənilərlə əvvəlki xeyirxah münasibətləri bərpa etməyə və bu məqsədlə erməni kəndlərinə qarışıq dinc nümayəndələr göndərirdilər. Bu, onu göstərir ki, azərbaycanlılar ermənilərlə münasibətləri dinc yolla həll etmək istəyirdilər. Azərbaycanlı əhalinin belə dözülməz vəziyyəti bəzi yerlərdə 1918-ci ilin sentyabrına qədər, bəzi yerlərdə 1918-ci ilin dekabrına qədər, cana doymuş azərbaycanlıların müxtəlif vasitələrlə erməni bandalarının mühasirəsindən çıxıb, düzənlikdəki azərbaycanlı kəndlərinə köçmələrinə qədər davam et¬mişdir. Bu, onlara çox ağır itkilər hesabına başa gəlmişdir. Azərbaycanlı qaçqınlar bütün təsərrüfat alətlərindən, ev heyvanlarından və təsərrüfat tikililərindən məhrum oldular. Ən pisi o idi ki, qadınların və uşaqların çox hissəsi aclıqdan, soyuqdan və xəstəliklərdən yollarda həlak oldular.

Cavanşir qəzasının düzənlikdə yaşayan azərbaycanlı əhalisi də ermənilərin zorakılıq hərəkətlərindən ziyan çəkmişdilər. 1918-ci ilin yaz və yayın¬da ermənilər Tərtərçay su hövzəsinin qarşısına bənd çəkdilər. Buna görə də düzənlikdəki azərbaycanlılar nəinki öz tarlalarını və bağlarını suvarmaq im¬kanından, hətta içməli sudan da məhrum oldular, su dəyirmanları dayandı. Həm də qeyd etmək lazımdır ki, azərbaycanlılar yay aylarında yaylağa Cavanşir dağlarına qalxırdılar. 1918-ci ilin yayında ermənilər yaylağa gedən bütün yolları kəsmişdilər. Həmin vaxtda isə ermənilər azərbaycanlı kəndlərini keçərək qəzanın düzənlik hissəsinə gedir, hər həftə Tərtər bazarında olur, nəinki azad surətdə ticarət əlaqələrini aparır, hətta özlərinin cinayət¬kar əməllərini davam etdirirdilər [7, 30].


Beləliklə, Qarabağın tarixi köç-karvan yollarının keçdiyi, mühüm strateji əhəmiyyətə malik olan Tərtərçay hövzəsi və qismən də Xaçınçay hövzəsi ərazilərini əhatə edən Cavanşir qəzasında, Ağdərə bölgəsində XX əsrin əvvəllərində iki dəfə – 1905-1906-cı və 1917-1918-ci illərdə kütləvi qırğınlar, talan və qarətlər törədilmiş, qırğınlar miqyasına və üslubiyyatına görə dəhşətli formada həyata keçirilmişdir.

İstinad: fedai.az

Yazıya 505 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.