Şəhid Məmişov Tural Tələt oğlu (video)

WhatsApp Image 2021-03-04 at 22.31.16 Məmişov Tural Tələt oğlu 1992-ci il aprel ayının 5-də Gədəbəy rayonu Maarif kəndində anadan olub.

1999-cu ildə Maarif kənd orta məktəbinə gedib, 2010-cu ildə bitirib.

2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılıb.

2012-ci ildə hərbi xidmətdən dönüb və ailə həyatı qurub.

Qızı Aişənin yeddi, oğlu Ömərin dörd yaşı var.

2020-ci ildə könüllü olaraq Azərbaycan Vətən Müharibəsinə yola düşüb.

2020-ci il, noyabr ayının dördündə Laçın rayonu uğrunda gedən döyüşlərdə müqəddəs Şəhid adını qazanıb.

Şəhidin məzarı Maarif kənd qəbristanlığındadır.

 

Yazıya 598 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.