APARILAN İSLAHATLAR ÖLKƏMİZDƏ XALQIN SOSİAL SİFARİŞİ VƏ DÖVRÜN TƏLƏBİ İDİ

WhatsApp Image 2021-05-25 at 11.24.41 (1)Son müşahidələrimiz ölkə başçısı İlham Əliyevin uğurlu kadr və struktur islahatları,onun xalqla bir yerdə olduğunu bir daha sübüt etdi.Məlumdur ki,sosial islahatlar bütün vaxtlarda və istənilən ölkədə çətin,məsuliyyət tələb edən işdir. Respublikamızda isə iqtisadiyyatımızın dinamik inkişafına və xalqımızın sosial rifahının yüksəlməsinə hesablanmış islahatlar konsepsiyası ulu öndərin fərman və sərəncamları ilə hazırlanmışdır,1993 cü ildə əsası qoyulmuşdur.Beləliklə müasir dünyada süni olaraq yaradılan və dünyanı cənginə alan iqtisadi böhrandan qurtuluş və iqtisadi proqres,sülh üçün aparılan struktur,kadr və sosial islahatların əsasını müasir və müstəqil Azərbaycann memarı ulu öndər Heydər Əliyev məhz Azərbaycanda qoymuşdur.Ulu öndərin uzaq görən siyasəti ilə əsası qoyulmuş sosial islahatlar və struktur,kadr dəyişiklik konsepsiyası 2003 ci ildən başlayaraq ölkə rəhbəri İlham əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.Ölkə rəhbərinin imzaladığı sərəncamlarla onlarca proqramlar işlənib,hazırlanmış və həyata keçirilmişdir.Bir neçə cümlə ilə aparılan sosial islahatların tərkib hissəsi barədə qeyd etmək istəyirəm.Ölkə rəhbərimiz hətta 2019 cu ildə aparılmağa başlamış  sosial və struktur islahatlarının  nəticələrini öncədən hesablamış və xalqımızın sosial rifah halının yüksəliş ili olmasını xüsusi ilə diqqətə almışdır.Dünyanın əksər inkişaf etmiş ölkələrində,belə islahatlar heçdə daima öncədən proqnozlaşdırılmış nəticəni vermir.Hətta əks,hesablanmamış nəticəyədə gətirib çıxara bilər.Mən birmənalı olaraq ölkəmizdə aparılan islahatların uğurlu səbəbini,möhtərəm prezidentin məsələlərə kompleks yanaşmasında və islahatların qısa yaxud uzun müddətə hesablanması kimi müdrik uzaqgörənliyində görürəm. Beləliklə qədirbilən xalqımız, ölkə rəhbəri İlham Əliyevin məqsədyönlü formada apardığı həm sosial,həmdə struktur,kadr islahatlarının reallaşmasından yaranan müsbət nəticəni çox gözləmədi.Yəni 2020 ci ilin birinci altı aylığında xalqımıza iki  sosial paket təqdim olundu.Prezidentimizin xalqın sosial vəiyyətinin dahada yaxşılaşması üçün təqdim etdiyi sosial paketin necə universal olduğunu öz gözlərimlə təcrübədə görür.Doğrudanda hər iki paketin qısa müddət ərzində hazırlanaraq, həyata keçirilməsi əsl möcüzə idi. Bu möcüzənin müəllifi isə ali baş komandan İlham Heydər oğlu Əliyevdir.

Diqqətinizi bir-neçə kəlmə ilə birinci sosial paketin həyata keçirilməsi nəticəsində əmək haqlarının minimum hissəsinin artırılaraq 130 manatdan 180 manatadək, pensiyaların minimum məbləğinin isə 116 manatdan 160 manatadək çatdırılmasına çəkir və bu gün həmin artımlardan əhalimizin 830 min nəfərinin yararlandğını qeyd etmək istəyirəm.Sayı 80 mindən bir az artıq olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunmuşdur,sosial pensiyalar, təqaüd artımları və ya təyin olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxslərdən ibarət əhalimizin 600 minədək hissəsinin güzaranını yaxşılaşdırmışdır.Məcburi köşkünlərin aylıq müavinətinin 50 faiz artırılması, 800 min vətəndaşın problemli kreditlərinin həlli,tələbələrin təqaüdlərində əhəmiyyətli artımların olmasıda bu paketə daxil idi.Qeyd edim ki, birinci paketlə cari ilin ilk rübündə həyata keçirilən artımların təmin olunması üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə vəsaiti ayrımışdır və birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm təsir etmişdir.

Prezidentin ikinci sosial paketi isə 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımların ardıcıl qərar olduğunu göstərdi.Minimum əməkhaqqının yenidən artırılması haqqında sərəncama görə, ölkədə minimum əməkhaqqının məbləği bu il sentyabr ayının 1-dən 180 manatdan 250 manatadək artırıldı.Beləliklədə bir il müddətində reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırıldı.Ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu üstələdi.Yəni minimum əmək haqqı belə yaşayış minimumundan 70 manat çox oldu. Bu,dövlətimizin sosial siyasətinin növbəti uğuru idi.Bununlada  Respublikamız minimum əmək haqqının səviyyəsinə görə MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti göstəricisinə yerə 2-ci yerə sahiblənmiş oldu.Prezident ilham Əliyev yürütdüyü xarici siyasətdədə liderliyini qoruyub,saxladı və bütün dünyaya bir daha sübut etdi ki, Dövlətimiz sosial yönümlü dövlətdir.Yeni Azərbaycan Partiyası hakim partiya olaraq,böyük siyasi mədəniyyət nümayiş etdirdi,ölkədə aparılan islahatlara öz lideri İlham Əliyevlə birgə getdi və addım atdı.YAP təşəbbüslə çıxış və təklif etdi ki,Milli Məclis buraxılsın.Deyərdim ki, YAP qanunverici orqanın buraxılmasını, hazırda xalqımız tərəfindən sosial sifariş,ölkə rəhbərinin isə müasirlik və inkişaf üçün olduğunu yüksək mədəniyyətlə göstərdi.Bildiyiniz kimi dünyamız hazırda yeni,çağdaş və müasirlik dünyasıdır.Daima yeniləşən və müasir olan dünya ilə ayaqlaşmaq,eyni zamanda mədəni və irsi adət,ənənələrimizi,milli mentalitetimizi qoruyub saxlamaq və yaşatmaq üçün güclü liderə ehtiyac olmuşdur.Bu lider Ulu öndər ideyalarının layiqli davamçısı olan,gördüyü xeyirxah işlərlə bütün ictimai-siyasi fəaliyyəti dövründə xalqının böyük inamını qazanmış Birinci Vitse-prezident Mehriban xanım Əliyevadır.O,Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan bir nəslin təmsilçisi olmaqla, ziyalı və milli ailədə yetşmişdir.Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq,Prezidentin ən sadiq silahdaşıdır.Xalqımız Birinci Vitse-prezident Mehriban xanımın təşəbbüsünü,gördüyü işləri ölkəmizin bütün sahələrində,xüsusilə səhiyə və təhsil sahələrindəki islahatların böyük mərhələsi kimi əhəmiyyətli olduğunu bilir və qiymətləndirir.Birinci xanımın bir,sıra sosial,humanitar layihələri olduqca əhəmiyyətlidir.Yeni ailə quran şəxslərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsi,talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında,valideyn himayəsindən məhrum uşaqların, əlil uşaqların təhsil haqlarının ödənilməsi təhsil və səhiyyə sahəsinə diqqət,ölkə prezidentinin apardğı  islahatların əsas ana xəttidir. Bu sahələr Birinci Vitse-prezident Mehriban xanımın daima diqqət və qayğısı ilə əhatə olunmuşdur.Mehriban xanm ictimai-siysi fəaliyyətinin bütün dövründə möhtərəm prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmış,xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllində əlindən gələni etmişdir və etməkdədir.Uğurla aparılan islahatlarda böyük rolu və hazırlanmasından tutmuş,həyata keçməsinədək iştirakçısı olduğu sosial proqram və layihələrdə səmimiyyəti və bacarığı ilə Mehriban xanım Əliyeva xalqımızn bütünlüklə inamını qazanmışdır.Mən Birinci Vitse-prezidenti Müstəqil Azərbaycan və bütün bölgə dövlətləri,xalqları üçün göstərdiyi məqsədyönlü siyasi fəaliyyətinə görə bəşəriyyətin xəzinəsi adlandırardım.Təsadüfü deyil ki,dünyanın güc dövlətlərindən olan,tarixi dövlət Rusiyanın prezidenti Vladimr Putin Mehriban xanımı 2020 ci ilin noyabr ayının 20-də Rusiya Federasiyasına rəsmi səfərə dəvət etmişdir.


Səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya – Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında fərmanı və ali dövlət mükafatının təqdim edilməsi oldu.Rusiya Prezidenti qeyd etdi ki, Mehriban xanım Əliyevanın bu ali dövlət mükafatına layiq görülməsi dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanılması ilə əlaqədardır.Mehriban xanım artq öz şəffaf fəaliyyəti ilə özünü bütün dünyaya sübut etmişdir.O, layiqli davamçıdır! Mən diqqətinizi bütün dünya ölkələri və xalqlarını heyrətə gətirən və hələ dünyanın heç-bir hərb tarixində bu günədək misli-bərabəri olmayan Vətən müharibəsində şanlı Ordumuza qətiyyətlə Ali Baş komandanlıq edən Prezident İlham Əliyevlə çiyin-çiyin həm ön,həm də arxa cəbhədə rəşadətlə döyüşən Mehriban xanımı xüsusi qeyd etmək istəyirəm.Əslində Mehriban xanım həm ailəyə,xalqına,elinə- obasına göstərdiyi bu həmrəylik, birlik və sadiqliyi ilə bütün dünyaya əsl qəhraman ana,əsl qadın necə olmalıdır mesajını verdi.

44 günlük vətən müharibəsində isə Silahlı Qüvvələrimizin məğrur Ali Baş Komandan İlham Əliyevlə Xalqımızın 30 illik həsrətinə son qoyaraq,düşmən taptağı altında olan,tarixi torpaqlarımızı,Qarabağı azad etdi və müstəqil Azərbaycanın ən yeni tarixjni qızıl hərflərlə yazdı.Baş vermiş tarixi hadisələrə və ən əsası isə bütün dünyada və Azərbaycanın tarixində alternativi olmayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin və  Ordumuzun qətiyyəti sayəsində bərpa olunmuş ədalətə isə hüquqi qiyməti,dünyanı öz maraqlarına uyğun idarə etməyə çalışan “super güc dövlətlərinin” əlində oyuncaq olan  beynəlxalq təşkilatlardan əlavə tarix və qədirbilən Xalqımız verəcəkdir.Bu qiyməti isə Xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,güclü sərgərdə İlham Əliyevin ölkədə apardığı məqsədyönlü daxili və xarici siyasəti dəstəkləməklə, torpaqlarımızı öz canı və qanı ilə almış qazi və şəhidlərimizi qəlbində əbədi sevgi,onların ailəsinə qayğı ilə yaşatmaqla verəcəkdir.ALLAH bütün şəhidlərimizə rəhmət etsin.Bir daha qeyd edirəm ki,Xalqımız əmindir,Prezident İlham Əliyevin rəhbərliyi ilə aparlan önəmli struktur,kadr və sosial islahatlar ölkəmizdə idarəetməni daha çevik və məqsədyönlü edəcəkdir.
Vüqar Məmmədov.
Yeni Azərbaycan Partiyası Saatlı rayon 15 Saylı ilk partiya təşkilatının sədri.

    Yazıya (316) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.