ŞƏHİD SEYMUR ALLAHVERDİYEVİN ANIM GÜNÜ KEÇİRİLDİ (foto + video)

22222-1632751231kultur.az xəbər verir ki,  29 dekabr 2021-ci il tarixində Gədəbəy rayonunun Parakənd kəndində Şəhid Seymur Allahverdiyevin anım günü keçirildi.

Şəhidin təhsil aldığı Parakənd kənd tam orta məktəbində Azərbaycan Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirildi.

Anım mərasimini açıq elan edən məktəbin direktoru Vüsal Əmiraslanov 44 günlük Zəfər tariximizdən qürurla söz açdı. Bu tarixi bizə yaşadan Ali Baş komandanımızı, müzəffər Azərbaycan ordusunu təbrik etdi.

Məktəbin müavini Namiq Bağırov Parakənd Şəhidlərinin – Seymur Allahverdiyevin, Elfaq Nağıyevin və Röyan Hüseynovun timsalında bütün Şəhidlərimizin şərəfli ömür yolunun məktəblilərə örnək olmasını arzu etdi.

Orta mıktəbdə düzənlənən mərasim məktəblilərin ifasında Vətən müharibəsi qəhrəmanlarına həsr edilmiş şeirlərlə başa çatdı.

Anım gününün ikinci hissəsində Parakənd əhalisi, Gədəbəy rayon və ətraf rayonlardan gələn Şəhid ailələri, qazilər, Şəhidin döyüş yoldaşları Parakənd Şəhidlər Xiyabanını ziyarət edərək Şəhidlərimizin məzarı önünə tər çiçəklər, əklillər düzdülər.

Mərasim Seymur Allahverdiyevin doğulduğu ocaqda davam etdirildi. İştirakçılar  – Şəhid ataları, Gədəbəy rayon rəhbərliyi, ziyalılar, kənd ağsaqqalları Şəhidin xatirəsini bir daha yad edərək bu günkü günün qürur, şərəfli gün olduğunu qeyd etdilər.

Seymur Allahverdiyevin məktəbli qızı Asudə çıxış edərək atasının xatirəsini əziz tutan hər bir kəsə dərin təşəkkürünü bildirdi.

Xatırladaq ki, Allahverdiyev Seymur Qərib oğlu 25.05.1985-ci ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub.

1991-2000-ci ildə orta təhsilə yiyələnib.

2000-2003-cü illərdə Gəncə şəhər Tibb Kollecində təhsil alıb.

2003-cü ildə hərbi xidmətə yollanaraq, Kiçik Çavuş hərbi rütbəsinə yüksəlib.

2016-cı ildə “N” saylı hərbi-hissədə “Tibb”işçisi kimi işə başlayıb, eyni zamanda “Motoatıcı Manqa Komandiri”ixtisasını bitirərək, manqa komandiri təyin olunub. Dəfələrlə fəxri-fərman və təşəkkürnamələrlə təltiflənib.

Tovuz və ikinci Qarabağ döyüşlərində qəhrəmanlıqlarıyla seçilib. Bir neçə strateji yüksəkliklərin azad  olunmasında fəal iştirak edib. Müharibənin ilk günlərində şəhidlik zirvəsinə yüksəlib.

29.12.2020-ci ildə doğulduğu kənddə dəfn olunub.

Seymur Allahverdiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.

WhatsApp Image 2021-12-30 at 17.31.57

 

22222-1632751231

WhatsApp Image 2021-12-30 at 12.17.55 (1)

WhatsApp Image 2021-12-30 at 12.17.55 (2)

WhatsApp Image 2021-12-30 at 12.17.55

WhatsApp Image 2021-12-30 at 12.17.56 (1)

WhatsApp Image 2021-12-30 at 12.17.56 (2)

WhatsApp Image 2021-12-30 at 12.17.56

WhatsApp Image 2021-12-30 at 12.17.57

WhatsApp Image 2021-12-30 at 12.19.12

WhatsApp Image 2021-12-30 at 16.39.20 (1)

WhatsApp Image 2021-12-30 at 16.39.20 (2)

WhatsApp Image 2021-12-30 at 16.39.20 (3)

WhatsApp Image 2021-12-30 at 16.39.20 (4)

WhatsApp Image 2021-12-30 at 16.39.20

WhatsApp Image 2021-12-30 at 16.39.21 (1)

WhatsApp Image 2021-12-30 at 16.39.21 (2)

WhatsApp Image 2021-12-30 at 16.39.21 (3)

WhatsApp Image 2021-12-30 at 16.39.21 (4)

WhatsApp Image 2021-12-30 at 16.39.21

WhatsApp Image 2021-12-30 at 16.39.22 (1)

WhatsApp Image 2021-12-30 at 16.39.22 (2)

WhatsApp Image 2021-12-30 at 16.39.22 (3)

WhatsApp Image 2021-12-30 at 16.39.22 (4)

WhatsApp Image 2021-12-30 at 16.39.22

WhatsApp Image 2021-12-30 at 16.39.23

Yazıya 257 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.