TƏK ŞEİR:Pablo Neruda — Qram-qram ölürlər

pablo nerudaldu

Qram-qram ölürlər səyahət etməyənlər,
Kitab oxumayanlar, musiqi dinləməyənlər,
Mənliklərində xoş niyyət daşımayanlar.
Qram-qram ölürlər.

Qram-qram ölürlər, özünə hörmət qoymayanlar
Yardım əlini havada qoyanlar,

Qram-qram ölürlər.
Öz adətlərinin əsirinə çevrilənlər,
Hər gün eyni yolu təkrar edənlər,
Geyiminin markasını dəyişməyənlər,
Paltarlarının rəngini dəyişməyənlər.
Vəya tanımadıqlarıyla danışmayanlar.
Qram-qram ölürlər.

Qram-qram ölürlər.
Ehtiras və onun verdiyi başdöndürən
hisslərdən uzaq duranlar,
Könlü alınanların gözlərindəki işıltını
Söndürənlər,
Qram-qram ölürlər.

Qram-qram ölürlər,
Işdə və eşqdə nakam olub
Yön dəyişdirməyənlər,
Xəyalları üçün risk eləməyənlər,
Həyatında bircə dəfə də olsun,
Ağıl verən öyüdləri başından eləməyənlər,
Qram-qram ölürlər…

Bu Gün Yaşa!
Bu Gün Risk Elə!
Bu Gün Bildiyini Et!

Qoyma Qram-qram Öləsən!
Qoyma Küskün Qalasan!

 

Tərcümə: Əfqan Xəlilli

 

 

Yazıya 1227 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.