Prezidentlər Yeni İli harada qarşılayacaqlar

2501314_1000
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hamının bayramla bağlı müxtəlif planları var. Dünya liderləri də yeni il tətillərinə hazırlaşır, bəziləri isə bayramı harada və necə qarşılayacaqlarını artıq bilirlər.

Dövlət başçılarının ötən il və bu bayrama olan planlarını yada salırıq:

Barak Obama
ABŞ prezidenti qarşıdan gələn Miladı əvvəlki 7 ildə olduğu kimi ailəsi ilə doğma ştatında – Havay adalarında keçirəcək. Ənənəvi olaraq, Amerikanın birinci ailəsi tətil üçün Oahu adasını seçir. Burada onlar günü 3500 dollara Kaylua çimərliyi yaxınlığında ev kirayə götürür. Ötən il isə prezident ailəsinin yeni il tətili ümumilikdə amerikalı vergi ödəyicilərinə təxminən 4 milyon dollara başa gəlib. Bu tətil ərzində Obama qolf oynamağı, snorklinqlə məşğul olmağı və birinci ledinin təkidi ilə yaxşıca yatmağı planlaşdırır.

Prezidentlər Yeni ili harada keçirəcəklər?


Angela Merkel

Almaniyanın kansleri və “Time” jurnalının versiyası üzrə 2015-ci ilin adamı Angela Merkel ənənəvi olaraq Miladı xizəkdə sürüşərək qeyd edir. Ötən il əri ilə birlikdə onlar populyar İsveçrə kurortu Sankt-Moritsin yaxınlığında dincəliblər. Artıq 20 ildir ki, Merkel Germina markasının qaçış xizəklərini seçir. 2014-cü ilin yanvarında onların üzərində yıxıldıqdan sonra istehsalçı şirkətin rəhbəri Mayk Notnaqel kanslerə yenisini təklif etsə də, Merkel hədiyyədən imtina etdi. Qeyd etmək lazımdır ki, kansler ev işlərini də yaxşı bacarır. Bir neçə il öncə o, Milad süfrəsi üçün qaz bişirib.

Prezidentlər Yeni ili harada keçirəcəklər?

Vladimir Putin

Rusiya prezidenti adətən Yeni ili harada keçirdiyi barədə danışmır. Ötən il bayramdan bir həftə öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, işin çox olması səbəbilə yeni il atmosferinə yüklənə bilməyiblər.

Prezidentlər Yeni ili harada keçirəcəklər?


Devid Kemeron

Ötən Yeni ili britaniyalı baş nazir partidə qarşılayıb. Həyat yoldaşı ilə birlikdə Devid Kemeron “Blur” rok-qrupunun bas-gitaristi Aleks Ceymsin şəhər kənarındakı evində əylənib. “Mühafizə 200 qonaqdan heç birinin baş nazir və onun həyat yoldaşının şəklini çəkməməsinə nəzarət edib. Kemeron bütün gecəni əlində şərab qədəhi ilə gəzsə də sərxoş deyildi”, – deyə şahidlərdən biri bildirib.

Prezidentlər Yeni ili harada keçirəcəklər?


Britaniya kral ailəsi

Britaniya monarx ailəsinin üzvləri Miladı ailə ilə keçirməyə üstünlük verirlər. Yeni ili 2-ci Yelizavetta artıq uzun illərdir ki, Norfolk qraflığında Sandrinqem mülkündə keçirir. Qonşuluqda Ember Hollda isə şahzadə Uilyam və Keyt Middltonun rezidensiyası yerləşir.
Kral ailəsinin Milad reqlamentinə daxil olan mütləq tədbirlər sırasında kilsə xidmətində iştirak, bu ərazilərdə böyümüş hinduşkanın təqdim olunması ilə müşayiət olunan bayram naharı, qırqovul ovu və kraliçanın xalqa müraciətini izləmək var. Yeri gəlmişkən, 2-ci Yelizavetta bu çıxışı xüsusi kabinetdə edir. Bir neçə il öncə monarx ailəsində daha bir “televiziya ənənəsi” yaranıb – “Daunton abbatlığı” serialının xüsusi Milad buraxılışını izləmək.

Prezidentlər Yeni ili harada keçirəcəklər?

Keyt Middlton artıq bayrama hazırlığa və hədiyyə axtarışlarına başlayıb. Kembric hersoqinyası şəxsən əllərində paketlə Londondakı Peter Jones univermağında gəzib. Şahzadə Uilyam isə etiraf edib ki, onun üçün ən yaxşı hədiyyə doyunca yatmaq imkanıdır.

Mənbə:

Yazıya 641 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.