Vaqif Məmmədov — Ömrün payız nəğməsi

12801381_10204215912716678_1354829597425320664_n   Azərbaycan Jurnalistlər Və Yazıçılar Birliyinin üzvü, Avrasiya Yazarlar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar Mədəniyyət işçisi  Vaqif Məmmədovun Yeni kitabı Ölmündən sonra işıq üzü görüb. Kitabları dünyanın 12-dən çox dilinə tərcümə edilən şairin, 35-də artıq kitabı  işıq üzü görüb.
Son kitab haqqında şairin oğlu Səbuhi Məmmədov öz facebook səhifəsində yazır:

Bu gün atamın yeni kitabı çapdan çıxdı. Kitabı nəşriyatdan götürən kimi ilk atama apardım!…
Kitabın ilk nömrəsi 08.02.2016-cı il tarixə işıq üzü görəcəkdi. 06.02.2016-cı il tarixdə atamın vəfatından sonra ozüm də ora bir yazı yazmaq üçün çap işini saxlamışdım. Mənim üçün çox ağırdır zamanla sanki yarışsamda atam bu kitabını görə bilmədi. Bir şeylə təsəlli tapıram ki, atam bu kitabın cildini dediyi formada hazırladıb ona göstərə bilmişdim.
Hələ 1979 cu ildə atam mərhum şairə Validə Hüseynovaya yeni çapdan çıxan kitabını görməməsi haqqında şeir yazanda bir gün bu şeirin onunda talehinə oxşarlığını bəlkədə düşünməmişdi!…

SƏNSİZ OLDU…

Validə Hüseynovanın ölümündən bir gün sonra nəşriyyatdan onun ünvanına “Sənsiz olmasın” adlı kitabının ilk nüsxəsi gəlib…

Bu elin qızıydın qara gözünə,
Gecələr rəngni vermişdi sənin…
Hər təzə misrana, təzə sözünə,
Sular ahəngini vermişdi sənin…

Durna qatarına tutub üzünü,
Dedin sıranızı pozan tapılmaz…
Qatardan tez uçdun, sənin özünü
Birdə o qatarda gəzən tapılmaz…

Baharda koç olmaz-qəlbimə dəydin,
Saçların əbədi dənsiz olacaq…
Ad qoyan günlərdə sən nə biləydin
Kitabın gəlişi sənsiz olacaq?…

Vaqif Məmmədov 1979

Yazıya 791 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.