GÜZGÜ
Bu qədərdə yalan olmaz,
Güzgü, doğru göstər məni
Birinin qəlbin çalmışam,
Güzgü, oğru göstər məni.
Gözlərimi gülər gördüm.
Xöşbəxtliyi dilər gördüm.
Güzgü doğru bilər dedim,
Güzgü, doğru göstər məni.
Yanaqlarım sanki alma.
Aşiq deyər, canım alma.
Qırışları saya salma
Güzgü, doğru göstər məni.
Qaşlarım ay parasıdır,
Diqqətlə bax, sarasıdır.
Gözüm ürək yarasıdır
Güzgü, doğru göstər məni.
Bəsdir aldadıb gedirsən,
Günahıma da girirsən.
Məni alıb gizlədirsən.
Güzgü, doğru göstər məni.
GÜNAHDIR MƏNİM ADIM…
Bütüngünü tək qalıb, xiffətini udmuşam,
Başımı itirmişəm, özümü unutmuşam.
Məni bağışlayarsan, xəlvət bir iş tutmuşam
Günahıdır mənim adım…
Ürəyimiağrıdır, tənə dolusözlərin,
Üstünə su calama, canımdakı közlərin.
Axıtma göz yaşını, öpülməli gözlərin,
Sınaqdır mənim adım…
Bu daxmanı uçursan tikib qurtararsanmı,
Dərd toxumdu, könlümə əkib qurtararsanmı,
Sən məni ömür boyu, çəkib qurtararsanmı,
Bir ahdır mənim adım…
Dönübzülmətinolar, saçlarımınkölgəsi,
Bircə onda dağılar, eli, yurdu, ölkəsi.
Cücərməyib bu eşqin buna qədər bəlkəsi,
Sabahdır mənim adım…
Xatirəsi istəsən ikimizinde qalar,
Son ümüdin toz kimi ayaq izində qalar.
Bir gün çıxıb gedərəm, əlin dizində qalar,
Qonaqdır mənim adım…
GƏL…
Vaxt yetişib yollarımız ayrılır,
Görüşməyə olmayacaq güman, gəl.
Məhəbbətdən gözlərinlə əl açıb,
Dilənçitək məndən sevgi uman, gəl.
Bu yollarda boran olar, qar olar,
Hicran açar intizarın, bar olar.
Mən ölərsəm dünya sənə dar olar,
Əzraildən alsam bir az aman, gəl.
Bənövşəni koldan küsən gördünmü?
Qar altından baxan süsən gördünmü?
Mənim kimi səni süzən gördünmü?
Olmayacaq birdə belə zaman, gəl.
Biri gələr, biri gedər həyatdı,
Gileylənmə bu nə yazı, nə baxtdı.
Gözləyirəm yollarını nə vaxtdı,
Xəbər kimi ürəyimə daman, gəl.
DEDİKLƏRİN..
Görəsənolubmuməndənqabaqda,
Bu qədər ürəklə can dediklərin.
Halına yanıbmı kimsə mən kimi,
Qanıbmı dərdini qan dediklərin …
Çətindirhər üzdə ağrını görmək,
Olarmı daş bilib hər sözü hörmək..
Almışıq həyatdan o qədər örnək,
Çevrilib nökərə xan dediklərin…
Uzaqmış vüsalınbirulduzkimi,
Səpilər yaramın üstə duz kimi.
Gəlib taleyindən ötər buz kimi
Yanmaz bircə dəfə yan dediklərin…
Neylədin, ayzalım , dəribkönlümü,
Gözlədim yollara sərib könlümü.
Kövrək xəyalımı, qərib könlümü,
Vüsalə, anarmı, an dediklərin ..?
GEDIRƏM. …
Birdə oxuyarmı dodaqlarməni,
Sonuncu nəğmətək bitib gedirəm.
Qoy mənim dalımca ağlamasınlar,
Yağışda, dumanda itib gedirəm.
Açılmaz dərdimin səhəri daha,
Azalmaz sinəmin qəhəri daha,
Ən qatı, ən acı zəhəri daha,
Yağ kimi, bal kimi udub gedirəm.
Dönübduyğudolu ürəkolmuşam,
Çətində hamıya gərək olmuşam,
Yaman uşaqlaşıb kövrək olmuşam,
Özüm öz əlimdən tutub gedirəm.
BuqədəriztirabnədiVüsalə?..
Bənzəyir qanamış könlünə lalə.
Solğun ay kimiyəm üzümdə halə,
Sübhü gözləməmiş batıb gedirəm.
QADIN…
Göz yaşıyla şeir yazıb,
Bulud kimi dolan Qadın.
Nədir sənin bu çəkdiyin,
Yarpaq- yarpaq solan Qadın?!
Həsrət qaldın o qollara,
Baxma daha bu yollara.
Gedənlər geri gəlməzki,
Saçlarını yolan Qadın…
Şirini acı dadında,
Ruhu yatır fəryadında.
Özü xəyal qanadında,
Xəyallara dalan Qadın.
Acılara gülümsəyib,
Kədərə yenilməm deyib,
Qismətinə boyun əyib,
İsmətiylə qalan Qadın…
KİMSE BİLMEYE…
Bir ayrılıq mahnısına,
Süzesen,kimse biımeye.
Yola salıb sevdiyini,
Küsesen,kimse bilmeye…
Yolları ızsiz kecesen,
Qəm içinnən qəm seçəsən.
Güzgüden sor, gor necesen,
Necesen,kimse bilmeye…
Teller qıvrıla yanaqda,
Elin quruya dodaqda.
Sakit qaranlıq otaqda,
Ölesen,kimse bilmeye..
Yazıya 534 dəfə baxılıb