Gecə düşüncəsi

leyla1Kultur.az Leyla Əsədullayevanın şeirlərini təqdim edir:

Məlhəm….

 

Gizlənərəm,özümdən,

Həyatımdan,küsərəm

Unudaram keçmişi,

Mən təzədən,sevərəm.

 

Qoşulub,buludlara,

Yağış olub,yağaram.

Çəkilib ,ulduzlara,

Sənə göydən,baxaram.

 

Açdığın, yaralara,

Məlhəm tapıb,sürərəm.

Sən çıxanda,yoluma,

Nə bir salam,alaram,

Nə bir salam,verərəm….

 

Gecə düşüncəsi

 

Düşünürsən gecələr,

Soyuğu,

yalnızlığı

Pəncərədən içəri,

Dolur gecə sazağı.

 

Kimsə yoxdur otaqda

Yalnızlıq içindəsən

Narahat çarpayıda,

Qıvrılır sakit bədən.

 

Dəli bir düşüncə var,

Ürəyinin içində.

İllərdi gələn nəfəs,

dolaşırmı köksündə?

Axı bu itən nəfəs

Hara gedir görəsən?

Gecə pozur sükutu,

O danışır deyəsən:

“Bax səmaya, dolanır,

Yerdə, göydə fırlanır.

Ürək durmur yerində,

O dayanmır, çırpınır.

 

Gözlər dikilib yola,

Kimi isə gözləyir.

Yola baxırsa gözlər

Bəs niyə kədərlidir?

 

Yetdi zaman bu anda,

Qaraltı var, uzaqda.

Bu son nəfəs, bu son söz:

“Nə gördüm ki, həyatda?”

 

Sənsizliyi təsvir etmək

 

Sənsizliyi  təsvir  etmək….

Çox  çətindir.

Dözülməz  bir  ağrıdır  o.

İşıq  yoxdur,  qaranlıqdır.

Küləklər  də,  sazaqlıdır.

Çox  acıdır…

Sənsizliyi təsvir etmək….

Əlacsız  bir  dərd  kimidir,

Daldalanmış   ər  kimidir.

Tapdalanmış  mərd  kimidir

Sənsizliyi  təsvir  etmək…

Acılarla  qıvranmaqdır,

Acı  həsrəti  dadmaqdır.

Acını  məlhəm  sanmaqdır

Sənsizliyi  təsvir  etmək….

Bütün  naləm, ah-fəryadım,

Dərdlə  açılan sabahım.

Bu  dərdi  mən necə yazım?

Sənsən  ən  böyük  günahım….

 

Sevgi nədir?

Sevgi nədir?-söylə mənə,

İstəyini,mən bilim.

Söylə mənə,amalını,

Söylə mənə,gümanını,

Mən bilim.

Həyat adlı mövhumatda,

Söylə,nəyə bənzər o?

Ya, gizli ya, aşikarda,

Söylə harada yaşar sevgi?

Mən bilim.

Sevgi nədir?-susma söylə.

Fırtınalı bir dənizdə,

Söylə,nəyə bənzər o?

Qayıqmıdır,tufanmıdır?

Nəhəng lakin,qayalara,

Çırpılanda bir heç kimi,

Tez yox olan dalğamıdır?

Mən bilim.

Sakit,səssiz,gecələrdə,

Gecə gözlü, bir ay kimi,

Baxarmı o?

Yoxsa sönən ulduz kimi,

Bir andaca,tez əriyib,

Axarmı o?-söylə mənə,

Mən bilim.

Sevgi nədir?-söylə mənə.

Yar ürəyin dərd bağlasa,

Kədərinə,sakit durub,

Baxmaqmı o?

Yoxsa tən yarısı kimi,

Yar dərdinə ortaq olub,

Çəkməkmi o?

Söylə nədir?-nədir sevgi.

Susma söylə,-mən bilim…..

 

 

 

Yazıya 673 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.