Sakit İlkin – Sağ ol, a YAXŞI ADAM (şeirlər)

24293986_2048262395418721_2462682457429329068_nBu dùnyada hər şeyim var…
Atam-anam.qardaş-bacım.
Dərdim-sərim.ağrım-acım,
Bu dùnyada nəyim yox ki?
Oğlum-qızım,nəvələrim,
Pulum-param.arabam var,
Bu dùnyada nəyim yoxki.?
ömùr adlı xarabam var.
Ev-eşiyim.it-pisiyim,
Bir işim var,bir də maaşım…
Içimde bir ocaq yanır…çölùm buzdu.
Nəsə çatmır.nəsə yoxdu…
Indi bildim bu dùnyada nəyim yoxdu..
Hər şeyim var….
*SƏNİM*yoxdu.

***

Çox ağıl kütləşir,yaddaş kirlənir,
Bir beyin düşünür,yüz baş girlənir…
Yoluna,izinə daş diyirlədib,
Adamı qoymurlar adam olmağa.!…
………..
Qulluğdan yapışıb “ölü dirilər”,
Adamı o qədər gecikdirirlər,
Adamı o qədər bezikdirirlər,
Adamı qoymurlar adam olmağa!…
…………
Hanı sağkən məni “edam”edənlər?…
Odu çoxdan sönüb odam,deyənlər….
O qədər çoxalıb “adamyeyənlər”….
Adamı qoymurlar adam olmağa!….
………
Qiyməti qiymetsiz vermeyirler.ah,
Qiymət öyredirler adama,Allah,
Qeybət öyredirler adama.Allah.
Adami qoymurlar.adam olmaga.,..
……
Çalış,ya çalışma….kökəl,ya yök ət….
Nə fərqi,öləndə bir olur qiymət,
Yaxşıya da rəhmət,pisə də rəhmət.?…
Adamı qoymurlar adam olmağa!…
…..
Yaxşını qatırlar yamana,qardaş,
Yoncanı qatırlar samana,…qardaş,
Nə yaman dəyişdi zamana,qardaş,
Adamı qoymurlar adam olmağa…

 

***

Hələ səsin getmir qulaqlarımnan,
Hələ səsin qalıb, avazın qalıb.
Sənsiz yetim qalıb gör neçə balan,
Ağacdan asılı dəryazın qalıb…

Ruhumu ağladır boz biçənəklər,
Qanqalın tikanı batır gözümə…
Meşə qırağında çəpərlədiyin,
Çəpərin tikanı batır gözümə…

Yollar da qəsdimə dayanır..indi
Ata, get-gəllərim darıxır axı,
Son dəfə ağrıyan kürəylərini,
Ovmuşdum……əllərim darıxır, axı…

Yoxdu ümid yerim, təsəlli yerim,
Çökdüm misra-misra, dağıldım, ata.
Bircə güvəndiyim, and yerim səndin,
Sən mənim çiçəkli dağımdın, Ata…

Daha heç bir işə yatmayır əlim,
Heç nəyin yerini bilmirəm, hələ.
Elə itirmişəm özümü, sənsiz,
Hardayam, yerimi bilmirəm hələ…

Bir ildə ölmədik, sənsiz yaşadıq
Əlimiz hər işdən soyuyur…Ata…
Biz səni orda da tənha qoymadıq,
Yarımız yanında uyuyur, ATA…..

 

***

 

Derdleri gùl açmis çemendi könlùm,
Niye bu çemene enirsen axi,?
Ne çoxdur sevgine layiq olanlar…
Sen menim neyimi sevesen axi?
….
Azalir dùnyada ulu sevenler,
Köleni sevenler,qulu sevenler.
Çoxalir serveti,pulu sevenler,
Sen menim neyimi sevesen axi?
….
Yaziq bendesiyem men ki Allahin.
Içinde boguldum amanin,ahin.
Ay menim ùzùme gùlen gùnahim…
Sen menim neyimi sevesen axi?
….
Sevgi möhtaciyam.sevgiye acam,
Gùcùmde qalmayib arxanca qaçam,
Içi yandirilmis yasil agacam,
Sen menim neyimi sevesen axi?
……
Ne boyum qalmayib,nede qametim.
Bir deri-sùmùyem,itib qùvvetim.
Qurbani olmusam bir mehebbetin,
Sen menim neyimi sevesen axi?!
……
Meni anlamadin,get…daha sen de,
Nùsret gözel demis Sakit sevende.
indise çox eyib görùrsen mende…
Sen menim neyimi sevesen axi.?!

 

***

 

Heç kimin xəbəri olmaya sənnən,
Yığıb dərdlərini, yığıb gedəsən.
Çırpıb bu dünyanın qapılarını,
Ayrı bir dünyaya çıxıb gedəsən.

Qeybətlər arxanca düşüb gəlməyə…
Arxanca ağlaya biri az qala…
İt kimi darıxa qonşunun iti,
Arxanca hürməyə biri azala…

Gedəsən…gedəsən…gedə biləsən,
Gedəsən, gedəsən…səsləyən ola.
Biri anan kimi gözləyə səni,
Alıb qucağına, bəsləyən ola…

Nə olmaq istəsən, gedib olasan
Lap elə gedəsən “madam” olmağa….
Burda çoxalıbdı “adamyeyənlər”,
Gedəsən..gedəsən adam olmağa….
Ayrı bir dünyaya çıxıb gedəsən….

 

***

 

Çox dillər dilimin Leylası olub,
Mənə qalan qalıb sevgi dilində
İlk sevgim anamın laylası olub,
Mənə layla çalıb sevgi dilində…
Mən başdan ayağa sevgiyəm elə…

Sevirəm qəfildən yağan yağışı.,
Vədəsiz ələnən qarı, sevirəm….
Elə oğrun-oğrun baxan baxışı,
Xəlvətdə daranan yarı…sevirəm.
Mən başdan ayağa sevgiyəm elə…

Sevirəm qayada daş kitabları,
Mamırlı, yosunlu daşı, sevirəm.
Heyrətdən kamantək dartılıb qalan,
Çatılan ovsunlu qaşı, sevirəm
Mən başdan ayağa sevgiyəm elə…

Mənim sevmədiyim varmı dünyada?!
Torpağı, havanı, suyu…sevirəm.
Elə özümnən də xəbərsiz bəzən,
Özümə tutulan toyu, sevirəm…
Mən başdan ayağa sevgiyəm elə…

Susuz səhrada da bitə bilirəm..
Sevgi ağacıyam, köklərim dərin.
Heç kəs sevə bilməz sevdiyim kimi,
Ölümünə sevirəm sevdiklərimin…
Mən başdan ayağa sevgiyəm, elə

 


Sağalmaz yaranı sevgi sağaldır….
Davası məndədir, çarası məndə
Qolların sevgiyə açılan yoldu.
Mən dar ağacıyam…gəl, asıl mənnən…
Mən başdan ayağa sevgiyəm elə….

 

***

 

Həmişə üzü belə,
Ağ ol, a yaxşı adam…
Barı dərilib, qalxan,
Bağ ol, a yaxşı adam…

Qar verən ..qar alandı
Çox adlar qaralandı…
Saçına qar ələndi,
Dağ ol, a yaxşı adam…

Xoş sözün gəlib, çatıb
Dolub qəlbimin çatı…
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!!!

Yazıya 1943 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.