24 YAŞLI GƏNCƏ ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ

45637686_1786572128117985_4473954839675535360_oBu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Ənvərli Nurlan Vüqar oğludur.

15 aprel 1994-cü il tarixində Şəmkir şəhərində anadan olan Ənvərli Nurlan Azərbaycan Dövlət Aqrar Universitetin Aqrar İqtisadiyyat fakültəsini bitirib.

Ənvərli Nurlan Vüqar oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ənvərli Nurlanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Yazıya 576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.