Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, şair, nasir, tərcüməçi Vidadi Babanlının “Seçilmiş Əsərləri”nin ikicildliyi nəfis tərtibatla çap olunub.
Tanınmış yazıçısı Vidadi Babanlının “Seçilmiş Əsərləri”nin birinci cildində “Vicdan susanda” romanı, “Həyat bizi sınayır”, “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları, “Mənim gizlinlərim” memuarı yer aılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı Vidadi Babanlının “Gizlinlər” romanı 2005-ci ildə “QAPP-POLİQRAF” Nəşriyyatı tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yazıya 526 dəfə baxılıb