Şair-publisist Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabı işıq üzü görüb

51071836_113026639806061_2431385311297667072_n (1)“Zirvə Tədris Mərkəzi”nin “ZirvəKitab” layihəsi “Zirvəkitab” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azəebaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanda ATATÜRRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət (Gənəşi) Şurasının Başkanı, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, şair, publisist, yazıçı Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

“Zirvəkitab” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi” 2-nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc yazar İntiqam Yaşardır.

Kitab müəllifin oxucuları ilə sayca ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ictimaiyyə nümayəndələri tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Milli QHT Forumu İdarə Heyətinin  üzvü şair-publisist Əkbər Qoşalının “Mən hələ bir cavan bulud yaşdayam” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 98-ci sayında Azərbaycan türkcəsində sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

 

 

 

 

 

 

Yazıya 443 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.