Ramiz Təmkin – Türkün səsi (tək şeir)

memmed ismay;lMəmməd İsmayıla…

Pùskùrən vulkandır… Sağlam dùşùncə,
Sinədə ùrəkdir, gözlərdə didə.
Dahilər qitəyə bənzərsə, məncə,
Bu Kişi sənətdə sonuncu qitə.
Orxon-Yeniseydə, Qobustanımda,
Tarixə həkk olmuş qızıl yazıdır.
Təmizlik çağlayir Oğuz qanında
O bir Ər Tunqadır, Osman qazidir.
Həyatı coxuna ibrət dərsidir
O Haqqın səsidir, Tùrkùn səsidir.

 

Amalı, sənəti, eşqi dan ùzù,
Qələmi birlikdir, yolu gùndoğan.
İti qilincdan da kəsərli sözù,
Yeni planetdir, yeni bir cahan.
Göydən qor gətirən, əlləri yanan,
Çarmıxa çəkilən Prometeydir.
Məsləyi yolunda zərbələr yeyən,
Eyilməz insandır, bəy oğlu, bəydir,
Vətəni cahandır-yer kùresidir,
O Haqqın səsidir, Tùrkùn səsidir.

 

Ondan çox yemişik ustad şilləsi,
Bu gunkù şairler onun barıdır.
Çoxunun uğuru onun tohfəsi
Onun servetidir, onun varıdır.
Tanrıtek ucadan uca Turanın,
Qorqud dədəsidir Məmməd İsmayıl.
Altaydan başlayan qoca Turanın
Bitməz sədasıdır Məmməd İsmayıl.
Turan dùnyasının od nəfəsidir,
O Haqqın səsidir, Tùrkùn səsidir.

ramiz t

Yazıya 672 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.