Klassik Azərbaycan şairi İmadəddin Nəsiminin “Həqq məndədir” adlı yeni şeirlər kitabı işıq üzü görüb

nesimi“Kitab Klubu” tərəfindən “Klassiklərim” seriyasından Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin “Həqq məndədir” (Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı 378 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2004-cü ildə “Lider” Nəşriyyatı tərəfindən “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından “Seçilçiş əsərləri”nin ikicildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Yazıya 512 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.