“Müşfiqli günlərim” (xatirə kitabı) kitabı işıq üzü görüb

mg-2019 “Kitab Klubu” tərəfindən “Memuar ədəbiyyatı” seriyasından çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli günlərim” (xatirə kitabı) 152 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitabın müəllifi istedadlı Azərbaycan şairi Mikayıl Müşfiqin ömür-gün yoldaşı Dilbər Axundzadədir. Redaktoru  filologiya elmləri doktoru Qulu Xəlilovdur.

Kitabda müəllif özünün Mikayıl Müşfiq haqqında xatirələrini bölüşür.
Eyni zamanda, əsərin özündə  Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır…

Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən şair Mikayıl Müşfiqin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağıllarının toplandığı  “Mən sirin ləhcəli bir bülbüləm…” kitabı (384 səhifə, 100 tiraj) ədəbiyyasevərlərin, poeziya həvəskarlarının ixtiyarına verilmişdi.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Yazıya 451 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.