Tanınmış şair-publisist Əkbər Qoşalının “Ürək daşı”
adlı yeni şeirlər kitabı işıq üzü görüb
“ZirvəKitab yayınları” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət (Gənəşi) Şurasının Başkanı, Milli QHT Forumu İdarə Heyətinin və “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, şair, publisist, yazıçı Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabı 2019-cu ildə 156 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.
Kitabın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Almaz Ülvi, önsöz yazarı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Poeziya Klubun direktoru, görkəmli şair İbrahim İlyaslı, rəssamı isə Güneyli tanınmış rəssam Atabəy Tikantəpəlidir.
“ZirvəKitab yayınları” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi” 2-nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc yazar İntiqam Yaşardır.
Kitab “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı 6 bölmədən ibarətdir.
Kitab müəllifin oxucuları ilə sayca ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ictimaiyyə nümayəndələri tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Yazıya 348 dəfə baxılıb