“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, el şairi Bəhmən Vətənoğlunun (Abbasov Bəhmən Kalış oğlu) “ALLAH eşqinə” (Şeirləri və poemaları” adlı kitabı 424 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Transliterasiya korrektoru Gülnar Zülfüqarovadır.
Kitaba sevimli el şairimiz Bəhmən Vətənoğlunun dillər əzbəri olan şeirləri daxil edilib. Adıçəkilən kitabda əvvəllər işıq üzü görməyən bir sıra şeirlər ilk dəfə dərc olunur.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Yeri gəlmişkən, qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…”, 2018-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Nəriman Həsənzadənin “Dostlar gözləyir məni”, adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.
Yazıya 466 dəfə baxılıb