“Dünyanın xoş günündə əzab verirsən mənə”

mt4(Mübariz Tağıyev haqqında düşündüklərim…  Portret-Esse)

Uzun illərdir yazı-pozu işindəyəm.  Müxtəlif müsahibələr, resenziyalar, köşələr, nəzm, nəsr və s. yazıram.  Qələmimi hər bir sahədə sınamışam sanırdım. Və bu gün anladım ki, əslində yazı müxtəlifliyim elə də zəngin deyil. Əlbəttə, qənaətimin səbəbini açıqlamayacağam, təkcə onu deyirəm ki, Azərbaycan ədəbiyyatı ilə yanaşı addımlayan, çox zaman ədəbiyyatı geridə qoyan Azərbaycan musiqisindən heç söz açmamışam. Musiqi sənətin – həyatın elə bir tərəfidir ki,  din, dil, irq, millət, təbəqə, siyasət… hamısı arxa planda qalır. Necə ki, körpələrin dili dünyanın hər yerində eynidir, eləcə də musiqinin dili birdir, pirdir!

Üzeyir Hacıbəyov, Şövkət Məmmədova, Cabbar Qaryağdıoğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Qəmbər Hüseynli, Flora Kərimova…  Azərbaycanın musiqi fədailəri, Azərbaycanı dünyaya tanıdanlar, eyni zamanda milləti dəözünü tanımağa sövq edənlərdir. Onlar hər bir azərbaycanlıya necə böyük bir xalqın oğlu olduğunu dönə-dönə xatırladır.  Bu dahi şəxsiyyətlərdən, Tanrının səsiylə danışanlardan, Tanrının gözü ilə dünyaya baxanlardan söz açmamaq qələm adamlarının qüsurudur məncə…

Bu gün Azərbaycan estradasının canlı korifeyi, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyevdən söhbət açmaq istəyirəm. Azərbaycan musiqisini sevən hər bir kəs – notlu səsimizi yaşadan, sevdirən,  Azərbaycan estradasını yaradanlardan biri və birincisi olan Mübariz Tağıyevi tanıyır, sevir. Zamanında səsi təkcə Sovet Azərbaycanında deyil, xarici ölkələrdə də könülləri riqqətə gətirən Mübariz Tağıyev bu gün az dinlənsə də (ədəbiyyatın, incəsənətin bütün sahələrində bayağılaşma, sənət üçün deyil, kütləüçün nəzərdə tutulmuşəsərlərin at oynatması, ruhdan çox göz oxşayan musiqiçilərəüstünlük vermək meylləri baş alıb gedir. Zövqlər o qədər korşalıb ki, böyük bir musiqi heyətinin ərsəyə gətirdiyi, əsrlərlə ayaqlaşan kompazisiyaları iki not üzərində yazılan musiqilər alt qatda qoyub), musiqimizin şah damarı olaraq qalır.mt3

Böyük Vətən Müharibəsinin (1941-45)ağrı-acısında yuva quran, lakin o yuvanı musiqisi və ziyası ilə işıqlandırmağı bacaran (atası Hüseyn Tağıyev kamança ifaçısı, anası Rübabə Babayeva jurnalist olub)  ailədə doğulub Mübariz Tağıyev. Sovet Ermənistanında yaşayan türk ailəsindəki çətinliklərin içərisində civil-civil quşlar kimi səsə, musiqiyə, nəğməyə qoşulub böyüyən Mübariz elə həyatın da keşməkeşlərində mübariz olub, istədiyini əldə edə bilib, o, həm də peşəkar idmanda (üzgüçülük) çoxlarını geridə qoyub. Lakin Tağıyev həyatını yalnız musiqiyə bağlayıb. Əvvəl Ermənistan Dövlət Orkestrində, 1985-ci ildən isə Azərbaycan Dövlət Teleradio Komitəsində Estrada Simfonik orkestrinin solisti olaraq fəaliyyət göstərib.

m t 2

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar, 2006-cı ildə isə Xalq artisti adına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Mübariz Tağıyev Azərbaycan kinofilm yaradıcılığında da öz izini qoyan sənət adamlarındandır. “Cin mikrarayonda”, “Bircəciyim”, Yay günlərinin xəzan yarpaqları” filmlərində  bu böyük insanın möhtəşəm səsini eşidirik. Son zamanlar çəkilən çoxhissəli filmlərdə aktyor kimi dəöz məharətini göstərir.

Bu fərqli səs tonuna malik müğənninin başqa bir fərdi xüsusiyyəti də zamandan, məkandan asılı olaraq daim şux, səliqəli geyinmək bacarığıdır. Onun ifa tərzi kimi geyimi də rəngarəng və müxtəlifdir. Ən əsası isə, geyiminin ab-havaya tam uyğun olması, tamaşaçı zövqünə verilən yüksək dəyərinin inikasıdır. Və bu uca qamətin, zövqlü geyimin sahibi ədəb-ərkanı, nitq qabiliyyəti, davranışı ilə dəəsil mədəniyyət fədaisi olduğunun göstəricisidir!

Mübariz Tağıyev oxuduğu bütün mahnılara elə möhür vurub ki, bu möhürü açmaq, onu yeniləmək başqa sənətkara – musiqiçiyə qismət olmayıb. Onun ifa etdiyi əsərlərə ayrı-ayrılıqda diqqət edək: “Analara etibar edin”, “Arzular”, ”Axtarıram səni”, ”Ay aman”, ”Azərbaycan”, ”Azərbaycan”, ”Qalx”, ”Bir Sabah”, ”Bu axşam”, ”El oğlu”, ”Əlvida”, ”Getdiyin o yollar”, ”Han”, ”Hər yaşanan günlərin qədrini bilək”, ”Həsrət yağışı”, ”Heydər ata”, ”Heydər xatirəsinə”, ”İntiqam odu”, ”İşıq”, ”Məhəbbət yaşa baxmır”, ”Neftçilər”, ”Ömür keçir”, ”Polis Akademiyasinin Himni”, ”Prezidentimiz”, ”Qar yağır”, ”Saçlarına gül düzüm”, ”Şəhidler ölməz”, ”Sən oldun”, ”Səninlə gedəcəyik”, ”Sənsiz qalan sevgi”, ”Sevgilim”, ”Ulu torpaq”, ”Xatirə”, ”Xəyalım mənim”, ”Yan ürəyim”, ”Zefer Negmesi”, ”Zəfər zəngi”… bu mahnıların hansını dinləsək, yalnız Mübariz Tağıyevin səsini eşidəcəyik, bu möhtəşəm sənət əsərləri yalnız Mübariz Tağıyev səsinin ölçüsünə biçilib, yalnız o səsin rəngi ilə baharlanıb…

mubariz T 1

Mübariz Tağıyevin musiqi tərzi o qədər müxtəlif rənglidir ki, o rənglərdə fəsillərin dördünü də görmək olur, payızı, qışı, baharı, yayı… O, səsi ilə sevdirir, ayrılıq həsrəti çəkdirir, övlad, ana məhəbbətinin ululuğunu dinləyiciyə təlqin edir, Vətəni ucaldır, Vətən oğullarını cəngə səsləyir. Bütün bunlar məhz bir ürəyə necə sığışır, bax, bu Tanrının möcüzəsidir.

Mübarız Tağıyevi dinlədikcə fikirləşirsən, necə olur ki, ”Saçlarına gül düzüm, mənim günüm-gündüzüm”, pıçıltılarıyla sevgini ucaldan, sevdiyini əbədiləşdirən bir səs ”Qalx, Qalx Ulu torpaq”, nərəsiylə igidləri, ərənləri cəngəçağırır, ”Məhəbbət yaşa baxmır” deyərək, yenidən həzin notlar üzərində sevgini əzizləyir…

Gecə-gündüz, kədərimdə, sevincimdə, hüznümdə, çılğınlığımda dinlədiyim, könül yoldaşım “Xatirə” (musiqi və notları Abbas Soltanoğluya məxsus) adlıəsərin sözlərini yazıram bura. Bilirəm ki, bu sözləri oxuduqca siz o möhtəşəm səsin qanadlarında mənim hisslərimə köklənəcəksiniz. Bu səslə sevəcəksiniz, sevişəcəksiniz, kədərlənəcəksiniz, sevinəcəksiniz, ayrılacaqsınız…

 

Gözlərimin önündə əksin canlanır yenə,

Dünyanın xoş günündə əzab verirsən mənə.

Əlim əlindən uzaq, səsim səsinə yetmir,

Dərt çəkilib qurtarmır məndən.

Bu zülmət nədir, nədir?

 

Nəqərat:

Nə qədər sərt olsa dalğalar,

Qayalara çarpınıb geri dönər.

Yolları kəsibdir intizar,

Sənsiz qalan sevgim bir ümid dilər.

 

Sən hardasan, mən harda, xəyal – qanadlı quşdur,

Ruhuma dönməyin də mənim üçün uçuşdur.

Bir daha görüşmərik, sevdanı apar-apar,

Gedərsən, xəyalımda xatirən qalar.

 

Sevənlərin taleyi amansız olar

Məhəbbətin heykəli baxılmaz qalar.

Aylar ötər, il keçər, zaman dəyişər

Ürəklərin yarası sağalmaz qalar.

 

Və buradaca yaşananların əslində ayrılıqla bitəcəyini bir daha düşünəcək…. bir daha dinləyəcəksiniz  “Xatirə”ni… Həm də bilirsiniz axı “nə qədər sərt olsa dalğalar, qayalara çarpınıb geri dönər”. Bu sərt dalğaların geri dönməsi arzusu ilə deyirəm: musiqimizi sabaha aparan  Mübariz Tağıyevlər yaşasın!.

70349083_2941176422562683_2445125989714362368_nİradə Aytel

 

Mənbə:”Cümhuriyyət qəzeti”

Yazıya 660 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.