Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Azərbaycan poeziya nümunələrinin müəllifi, şairə, tərcməçi Sevinc Heydərovanın çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq şairi Fikrət Qocaya həsr olunmuş “Səmanın gülüşü mənə xoşdu” adlı yeni kitabı rus dilində işıq üzü görüb.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.
Yazıya 378 dəfə baxılıb