Şair Oqtay Rzanın “Rübai karvanı – dördlük çələngi” adlı şeirlər kitabı işıq üzü görüb

or Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB),  Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Coğrafiya kafedrasının əməkdaşı, Əməkdar müəllim, şair Oqtay Rzanın “Rübai karvanı – dördlük çələngi” adlı şeirlər kitabı işıq üzü görüb.

Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Qeyd edək ki, bundan öncə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Qazaxıstan Yazıçılar Birliyinin sədri, Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi”,  feodal dövrü yapon ədəbiyyatının son klassiklərindən biri Ueda Akinarinin “Duman sis içində ay” adlı novellalar silsiləsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair, nasir, tərcüməçi Seyran Səxavətin Xalq yazıçısı Yusif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş “Kenquru” adlı povest və hekayələr toplusu kitabları nəşr olunmuşdu.

Yazıya 396 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.