Bu günlərdə Saday Şəkərli “Nobel” mükafatçısı Aleksandr Soljenitsin təqaüdünə layiq görülüb. Bu barədə oxucuları şair özü bilgiləndirib. “Təqaüdü ömürlük alacağım barədə məlumat verdilər, ilk təqaüdümü də dünən köçürdülər. Bu, mənim 60 illik ömrümdə ən böyük mükafatımdır” deyərək, Saday Şəkərli sevincini oxucuları ilə bölüşüb.
Xatırladaq ki, Saday Şəkərlinin aşağıdakı kitabları dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə işıq üzü görüb: “Дерево любви” (Саратов: ПКИ, 1985, 48 стр.), “Torpağa oğul sözü” (Bakı: Yazıçı, 1986, 66 səh.) “Məni soruşan olsa”( Bakı: Təbriz, 1995, 62 səh.), “Alça çiçəkləyib” (Bakı: Təbriz, 1996, 16 səh.), “Gecədən çıxan kimi” (şeir və poemalar, Bakı: Təbriz, 1996, 208 səh.), “Gümüş şamın şöləsi” (başqırd dilində, Ufa: 2000, 48 səh. “Ömrün yorğun kölgəsi” (şeirlər və poemalar, Bakı: Elm və təhsil, 2009, 328 səh.), “Birİnci kitab” (Bakı: Araz 2010, 214 səh.), “Музыка дождя” (Москва: Новый век, 2010, 82 стр.), “Haydı. Vaşinqton” ( 2011, 84 səh.), “Ölümdən qayıdan” Təbriz: 2011, 90 səh.), “Atamdan qalan payız” ( İstambul: 2011, 104 səh.), “Qurd ürəyi. Bakı: Araz 2015, 232 səh.), “Lənətlənmiş Cənnət” (Bakı – 2013, 168 səh.), “Səni sevənlərin hamısı sənsən” (Bakı-2014),“Qadağan olunmuş rəng” (Vektor nəşr.evi 2014, 220 səh. Əsərləri, 1-ci cild, Moskva, 420 səh.) və seçilmiş əsərlərindən ibarət beş cildliyi ( “ZİYA” nəşriyyatı 2019. Şeirlər və poemalar toplusu, hər cild 304 səhifə).
Yazıya 612 dəfə baxılıb