Yazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib

76686365_2454193408234741_139573663887261696_n (1) 75279322_2198483203591291_7111762738849775616_nYazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib.

Misirin məhşur Al-Azhar Universitetinin tərcümə kafedrasında Tural Sahabın “Bir” romanı tərcümə edilib və kafedranın doktorantı tərəfindən “Azərbaycan türkcəsində feillər” mövzusunda elmi iş yazılır.

Misirdə elmi iş üçün mənbə olaraq seçilən “Bir” romanı 2018-ci ildə işıq üzü görüb. Müasir dövr insanının real-xəyal harmoniyasında həyata sarılmaq cəhdi romanın əsas mövzusudur. Kitabın əvvəlində yer alan fikirlərilə Tural Sahab “Bir” romanının “müasir insanı nəyi axtarır?” sualına cavab verməyə çalışır. O, yazır: “…insanlar… Onlar, hər birimizin tanıdığı, hər gün rastlaşdığımız insanlardır… Bəlkə də, elə mənəm, sənsən, odur, o birisidir… Nə olur-olsun, çalışıb doğrunun yanında olmalıyıq…”

Qeyd edək ki, Tural Sahab adıçəkilən romandan əlavə, “Onun adı Elyanora deyil” (hekayələr), “Ləman” (roman), “Türkan”(roman) kitablarının da müəllifidir.

Yazıya 838 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.