Mərhaba, ey mərhəmətlim, mehribanım, mərhaba!
Ey mənim ömrüm-günüm, ey cismi-canım, mərhaba!
.
Yer sənindi, göy sənin, ancaq bilinmir hardasan,
Harda olsan da, duyursan Laməkanım mərhaba!
.
Ey səbəbli, ey təsadüflü cahanım, əlvida!
Ey səbəbsiz ey tədadüfsüz cahanım, mərhaba!
.
Duydum ey canım, Can almaq könülünə düşmüş sənin,
Gəldim ey müjganı ox, qaşı-kamanım, mərhaba!
.
Parçalandı ləblərin şövqiyle qəlbim qönçə tək,
Aşgar oldu, qalmadı sirri-nihanım, “mərhaba”!
.
Getdi qış, gəldi bahar, torpaq oyandı uyğudan,
Ay çıxır, gün də doğur, ey asimanım, mərhaba!
.
Gün nişangahdır Dadaşçün, ay da səndən bir nişan,
Ey nişangahım gün aydın, ey nişanım, mərhaba!
.
2019
***
Bir yol yolum ol naz eləyən yarə düşərsə,
Nazın çəkərəm, qəlbimə min yarə düşərsə!
.
Xəstə sağalar loğman əlacıyla, təbibim,
Vəslinsə dəvadır məni-bimarə düşərsə.
.
Aydın gecələr zülmət olar nurlu gözümdə,
Bir gün nəzərimdən gəl o mehparə düşərsə.
.
Eşq atəşi qəlbimdə günəşdən də alovlu,
Aləm yanar, ondan yerə bir parə düşərsə.
.
əsdi dəli-rüzgar, elədi hər şeyi alt-üst,
Rüzgar özü neynər, belə rüzgarə düşərsə?!
.
Daim Dadaşı saxla əzizim, nəzərində,
Yoxsa yox olar ordan o biçarə düşərsə.
.
***
.
Səmi gözüm axtarır,
Gəzək deyə yalvarır.
Qarşımda yol qurtarır,
İstəmirəm yüzülmek
Gedim şirin röyaya,
Salam verim səmaya.
İstəyirəm dünyaya,
Bağlı gözlərlə baxmaq.
Həsrət vüsaldan üstün,
Həm dünən, həm də bu gun.
Hər zaman sənin üçün,
Çox gözəldi darıxmaq…
<<>>
Dəfn etdim uzaqda xatirələri,
“Xatirə” sözündən acığım gəlir.
Əskimiş kədər də mənimlədisə,
Onu istəklərim çox doğma bilir.
Tikmişəm gözümü özgələrinə!
Dünyanın ən dərin yerində belə,
Üzür ümidlərim arzularımla,
Batıb, boğulmayıb heç biri hələ…
Qadınlar qışqırır, “kişilər” susur,
Təpələr dağ olur, dağlar alçalır.
Hayana gedirsən, hər yerdə belə;
Bir nəfər oynayır, hamı əl çalır…
<<>>
MƏRYƏMİN QƏZƏBİ
Günəş qəzaya uğrayıb…
Ehtiraslı buludlar qüsl alır.
Səma dənizi yaxınlaşır mənə.
Məryəmin qəzəbinə gələn qadınlar
İsanın üşüyən büstünə sığınıb.
Allahın qanı qara vaxtına tuş gəldi
“gunah”sız kişilər…
Edam edildilər!
Özümə gəlmək istədim-
sənə gəlmək üçün.
Azdım.
özümə məktub yazdım…
ONA salam verdim,
hamıya əlvida dedim..
<<>>
2014
~~2~~
25.11.AFRGO,
A.nın məhəbbət ve səxavətindən,
F.nın mərhəmət və sədaqətindən yaratdı Yaradan sən halal neməti…
25.11.AFRGO,
Nə onun kimisən,
nə də mənim kimi.
Hec kimə bənzəmirsən,
Çünki heç kəsi yamsılamırsan.
Olduğun kimisən.
25.11.AFRGO,
Noyabrla Dekabr arasında
Her zaman baş verə biləcək
Müharibəyə hesablanmış sülhsən.
Səni Fevrala May keşf edib…
25.11AFRGO,
Hələ səhərə çox var,
külək yağışın başına döyə-döyə qaranlığı təmizlədir…
Mənisə sənə olan arzularım iblisin zaman maşınından çıxardı,
Zamansızlığa apardı…
Allahın olduğu yerlərdən birinə…
25.11AFRGO,
Zamansızlıqda elə bildim itirdim arzularımı, ilk cümləsini yaşaya bilmədiyim taleyim kimi…
Əvvəl İsanın qoxusunu hiss etdim,
Sonra arzuların gözlərimə dolduqunu anladım…
25.11AFRGO,
Allahdan 2 şey istədim:
1.Gözlərimdəki arzular
gözlərimdə günəş kimi batmasın.
Sənin həyatının hissələrinə çevrilsin…
25.11AFRGO,
2. Sənə 90 il firavan ömür istədim, arzusuz.
Məni zamana tərəf yola salan
Zamansızlı, dedi ki, yaxşı olacaq …
Zamanımı yuxumdan savayı
Heç nəyə və heç kimə
etibar etməyəcəyəm…
25.11AFRGO,
Təbriklər..!
Dekabrda sən də mənə
84 yaş arzu edərsən.
Yadında olsa…
<<>>
2019
~~3~~
Bu sabah
bir neçe günah
men ve Allah görüşdük.
Ötdü aramızdan bir çüt qağayı,
yalnız, mavi batağlıqdakı göyerçinlerden savayı,
Kimse görmedi bizi…
<<>>
2015
Yazıya 746 dəfə baxılıb