Xaliq Rehimli – “Bu il sənə şeir yazmadım, Xocalı…”

1800173_286998971495691_171391277621403070_o

Bu il
Sənə şeir yazmadım- Xocalı
Yazanlar sağ olsun
Şeirlərdən eşitdim
Ruhların zümzüməsini
“Allah da çox sevir şeirin səsini”…
O vaxtdan bəri
Nə qəlbim sevinib
Nə başım ucalıb
Bir zaman sənə
Qələbə şeiri yazmağı arzulayan
Gənc şair
Çoxdan qocalıb…

***

Yalandan yaşaran gözlərdən bezdim,
Qızaran, bozaran üzlərdən bezdim.
Boğazdan yuxarı sözlərdən bezdim,
Əlvida elədim “tost “bolluğuna.

Ümidlərim həm düzəlir, həm aşır,
Hünərin var kədər qovla, qəm aşır,
Yaxından baxanda gözüm qamaşır,
Uzaqdan baxıram “post “bolluğuna.

Ürəyimi sizə açib tökürəm,
Demirəm lap yıxılıram, çökürəm,
Elə şey var qıtlığını çəkirəm.
Nə yaxşı düşmüşəm dost bolluğuna…

Yazıya 489 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.