Koronavirus dünyamızı öz ağuşuna alıb. Bunun başlıca səbəbi kimi insanların fərdi və ictimai günah içərisində boğulması qənaətindəyəm. Əlbəttə hər insan günahkar deyil amma və lakin hər kəs günaha mübtəla olmuş cəmiyyətin üzvüdür. Fəsad, haqsızlıq, aclıqdan əziyyət çəkən, bəzi hallarda qida çatışmamazlıqları səbəbi ilə dünyasını dəyişən insanların taleyinə biganə qalan dünya ictimaiyyətinin böyük bir qismi covid-19 virusundan qurtula bilər və İnşallah qurtulacaqdır. Fəqət hələ bu son deyil, Allah sonrasında saxlasın! Dostlar, gəlin dünyamızı təmizləmək üçün sanitar qaydalara riayət etməklə yanaşı ruhumuzu da dezinfeksiya edək. Allahın və bütün dinlərin qayəsi insan amilinin normalar çərçivəsində həyata davam etməsini təmin etməkdir. Bizim mübarizəmiz tək müsəlman camiyəsi üçün yox ümumdünya xalqlarının bu və ya digər bəlalardan xilas olması üçün olmalıdır. Mübarizə və kömək əldə etmək üçün üzümüzə bağlanmayan tək TÖVBƏ qapısı qalıb ki, ona da üz tutmağa çoxlarımızın üzü qalmayıb. Qorxmaq və təlaşa düşməyə lüzum yoxdur. Ona görə lüzum yoxdur ki, aləmləri yaradan Allah bizə xitabən müqəddəs kitabda belə buyurur: “Ey insan övladı günahının böyüklüyündən qorxub Alladan qaçma, Allahın tövbə qapıları hər an üzünüzə açıqdır”. (Tövbə surəsi). Nə üçün tövbə etməyin mühüm olmasına diqqət çəkdim?. Məsələn tibbdə bir xəstəliyin müalicəsi üçün mütləqdir ki, gərək onun vaksini tapılsın hamıya məlum olduğu kimi vaksin bir biolojik maddədir ki insan bədəninin müqavimətini xəstəliklərə qarşı qüvvətləndirir. Demək bizim də həyata əzimlə davam etməyimiz, bütün mənəvi və maddi xəstəliklərə qarşı müqavimətimizi artırmaq üçün Tanrı tərəfindən ruhani bir vaksinə yəni tövbə adlı önəmli bir maddəyə ehtiyacımız var. Və beləliklə ümid edək Allah ki, yaxın günlərdə bu arzuolunmaz xəstəliyin vaksini inkişaf etmiş tibb mütəxəssisləri tərəfindən tapılaraq cəmiyyətimizə fayda verəcək. Eyni zamanda, insanlar Allaha layiqincə dönüş edərək tövbə qapısına üz tutacaqlar. Son olaraq sizə və özümə bunu tövsiyə edirəm ümüdsiz şeytandır, nə olur olsun Allahdan ümid kəsilməz!
P.S Allah dövlətimizə və bizə kömək olsun. Amin! Birləşib bir olub bu xəstəliyə də qalib gələrik İnşallah! Gərəkdir bu vəziyyətdə hərə özünü fikirləşməsin. Yardım əlimizi uzadaq ehtiyacı olan insanlara. Ümid edirəm, o zaman günahlarımız əfv edilərək bizlərdə bağışlanmış olarıq ki, bu da səbəb olar bu bəladan xilas olmağımız üçün. Bizim Rəbbimiz mərəhəmətli və şəfqətlidir. O, heç vaxt bizi daşıya bilməyəcəyimiz ağır yüklərlə imtahan etməz.
Unutmayaq! #bizbirlikdəgüclüyük! Gəlin elə birlikdə də Qurani-Kərimdə buyrulduğu şəkildə dua edək, “Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi).
Amin!
(c) Elvin ARİFOĞLU
“Dost” jurnalının baş redaktoru
Yazıya 578 dəfə baxılıb