Afaq Şıxlının “Bəzən olur…” adlı yeni şeirlər kitabı işıq üzü görüb

e837b8689ed7Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Bəzən olur…” adlı yeni mənsur və sərbəst şeirlər kitabı işıq üzü görüb.

 

Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca on dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

 

Qeyd edək ki, layihənin rəhbəri, müəllifi və kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

və İctimaiyyətlə əlaqələr şöbəsi.

Yazıya 476 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.