Sürü’realizm

 

IMG_3889 (1)Həyat, insan, insanlıq bir-biri ilə sıx bağlı, amma kənardan isə bir o qədər də fərqli anlayışlardır. Yaradan ilk əvvəlbu dünyanı yaratdı – bitkiləri, heyvanları, həşaratları… Ancaq həyat ifadəsi bu yaranmışlarındüzənində ağ vərəqərəngsiz karandaşla çəkilmiş bir-iki qara cizgiyə bənzəyirdi.Daha sonra insan yaradıldı, ilk əvvəl o digər yaradılmışlardan heç də fərqli deyildi. Amma ona bəxş edilmiş kiçikbirhədiyyə yavaş-yavaş onu digər yaranmışlardan fərqləndirdi və beləliklə, insan insanlığı yaratdı. Bundan sonrabir-iki qara cizgidən ibarət həyat elə bir mürəkkəb portretəçevrildiki,orənglərinahəngihəmsənəçoxşeyideyir, həm də səndən çox şey gizlədirdi. Bəzən gözünün önündə  olan bir şey heç yoxmuş kimi, bəzən də yox olan nə isə özünü həmişə varmış kimihiss etdirir. Hansının real, hansının isə qeyri-real olduğunu bilmirik, sanki bir labirintə düşmüşük və yolu bildiyimiz an bilmədiyimizi, bilmədiyimizi düşündüyümüz anisə bildiyimizi görürük. Beləliklə, həyat sirri-zəmanəyə çevrildi.Maraqlısı da budur ki, bu həyatı belə sirri-zəmanəyə çevirən biz insanlar həmişə ondan şikayətlənir, xüsusən də, onu başa düşə bilmədiyimiz üçün… Məgər biz insanlarözümüzüanlayabilirikmi?Nəistədiyimizi,nəyi   nədən etdiyimizi heçbilirikmi?

 

Günəş yeni-yeni doğurdu, onun zərif şüaları isə qaranlığı yararaq özünə yol açmağa çalışırdı. Amma şəhərdə həyat çoxdan başlamışdı, adamların kimisi işə, kimisi dərsə, kimisi isə gündəlik işlərini həll etmək üçün harasa tələsirdi. Adamların tələskənliyi və hövsələsizliyindən doğan hərəkətlər, səslər çox insan üçün bir xaos, baş şişirdən gürültü olsa da, amma əslində hər gözün görə bilmədiyi bir nizam və hər qulağın da duya bilmədiyi bir melodiyadır. Boşuna deyilməyib, xaosun özü də bir nizamdır.  Ancaq o nizamı görmək üçün, o melodiyanı duymaq üçün qulaqcığın və saatın arxasında gizlənmək yerinə bir dəfə ayaq saxlayıb həyatı, insanları kənardan müşahidə etmək lazımdır. O zaman hər gün görüb bezdiyiniz bu mənzərə sizə fərqli görsənəcək. O an nizamı da görəcəksiniz, insan səsindəki narahatçılığın, nigarançılığın maşınların donuq maraton səslərinə necə qarışdığını və bir də üzərinə təbiətin – küləyin, quşların, küçə heyvanlarının və bəzən də yağış damcılarının səsi əlavə olunduqda yaranan o bənzərsiz melodiyanı da duyacaqsınız.

1,80 boylarında, gözləri qaramı, yoxsa tünd şabalıd rəngimi ayırd edilməsi çətin olan, qara cins şalvarın üzərindən ağ uzunqol köynək geyinmiş və bugünkü paltar seçimini tamamlamaq məqsədilə qara idman ayaqqabı, üstdən isə qara payızlıq cəkət geyinən 27-28 yaşlarındakı gənc şəhərin günlük ritmindən kənara çıxmışdı. Bu kənarlaşmağın səbəbi 27-28 il boyunca hər gün şəhərdə gördüyü xaosda nizamı görmək və melodiyanı duymaq fikrində olmadığı məlum idi. Onu fikirlər dənizindən bir ovuc su götürməyə avtobusun gəlməyini gözlədiyi zaman vaxt ötürmək məqsədilə təsadüfən saytda rastına çıxan “Sürü’realizm” adlı məqalə məcbur etmişdi. Düzdür, evdən gələn zəng ilə məqalə yarımçıq qalmışdı. Amma bu gün iş yerindən yarım günlük aldığı icazə ilə məqalənin aqibəti “axşam işdən sonra baxaram” – deyib heç baxmadığı qarşısına çıxan təsadüfi yazılar kimi olmayacaqdı. Telefona cavab verdikdən sonra onu şəhərin ritmindən kənara çıxmağa məcbur edən həmin yazıya yenidən qayıtdı və bu səfər qaldığı yerdən deyil, məqaləni lap başdan daha diqqətli oxumağa başladı. Düzdür, bu indiki şəhər gəncləri üçün çox nadir görülən bir hadisə idi. Adətən gənclər mətni normalda sürətlə oxuyub əsas informasiyanı almaqla kifayətlənirlər. Elə buna görədir ki, zamanın tələbi ilə irihəcmli məqalələr qısa, əsas informasiyadan ibarət ruhsuz yazılara çevrilib…

“Biz insanlar öz arzularımızın arxasınca qaçmaqla o qədər məşğuluq ki, bəzən bir anlıq da olsa ayaq saxlayıb gündəlik etdiyimiz hərəkətlərin nə qədər düzgün və ya yanlış olduğuna heç fikir vermirik. Ya da niyə bu cür düşünürük, niyə bu situasiyada bu qərarı alırıq, ən sadə olaraq niyə oğul övladına sahib olacağımızı eşidən kimi mavi, qız övladına sahib olacağımızı eşidən kimi isə çəhrayı rəngli bir paltar almaq fikrinə düşürük? Fərqində belə olmadan bir axının arxasınca gedirik, həm də  getdiyimiz mənzilin hara olduğunu bilmədən, seçilən yolun düz və ya səhv olduğunu düşünmədən. Amma unuduruq ki, bir yolu çox insanın seçməsi onun doğru olduğunu göstərməz!

Gündəlik həyatda etdiyimiz bəzi hərəkətlərə diqqət yetirək. Məsələn, yuxarıda da nümunə gətirdiyimiz kimi oğlan övladına mavi, qız övladına çəhrayı rəngli  paltar almaq seçimimizi. Heç bir dəfə olsun özümüzə bu sualı vermişikmi – rəngin cinsi var? Əslində rəngin cinsi yoxdur. Bəs o zaman nəyə görə cəmiyyətdə bu cür düşüncə formalaşıb? İnsanlar rəngi cinsə bölməyə necə başlayıblar? Biz buna K.Yunqun arxetiplər nəzəriyyəsi ilə baxdıqda bu məsələnin kökünü insanın yaradılışla bağlı mifik inanclarının meydana gəldiyi dövrə dayandığını görürük. Həm yunan miflərində, həm türk mifologiyasında “Səma ata” və “Yer ana” inancları var. Bitkilərin torpaqda meydana gəlməsi sadə düşüncəsindən də məlum olduğu kimi qədim insanlar Yeri qadınla müqayisə edib onu ana, buna uyğun olaraq da Səmanı ata adlandırıblar. Rəngin cinsə bölünməsi də bu bölüşdürülmədən meydana gəlib. Başımızı yuxarı qaldırıb səmanı izlədiyimiz zaman gördüyümüz rəng mavidir,  yerdə bitən çiçəklərin rəngi isə çəhrayı, qırmızı, sarı və digər rənglərdir. Rənglərin cinsi olmur, seçilən rəngin insan psixasında əksi var. Bununla bağlı indiyə kimi xeyli elmi araşdırmalar da qeydə alınıb. İndi böyük texnoloji kəşflər edən biz insanlar özümüzə “niyə?” sualını verməyə vaxt ayırmadığımızdan cahillik dövründə yaşayan, təbiət qarşısında aciz olan qədim insanların düşüncəsini illərlə gələcək nəsillərə ötürərək rəngi cinsə bölürük.

Biz təkcə rəngi cinsə bölmürük, avtobusdakı ön və arxa sıradakı oturacaqları, seçilən peşələri, hətta günahı belə… Məgər günahın, savabın cinsi var? Nur surəsinin 2-ci ayəsində –  “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa” – verilən hikmətdə də günahın cinsi olmadığı buyrulur. Qadın və ya kişi olmağından asılı olmayaraq eyni cəzanın verilməsi cəmiyyətdə illərlə ötürülən yanlış və doğruların cinsə bölünməsinin nə qədər absurd olduğunun bir göstəricisidir. Cəmiyyət bu cür düşünür deyə övladlarımızı yetişdirdiyimiz zaman etdiyimiz bu yanlışlıqlardır ki, dünyada hökm sürən qadına qarşı şiddət, qadın hüquqlarının pozulması kimi faktlar illər keçsə də, azalmır. Körpəlikdən uşaqlarımızın beyninə yeritdiyimiz və əsli olmayan bu fikirləri miras kimi gələcək nəsillərə ötürməkdən vaz keçdiyimiz zaman, bəlkə də, axşam saatlarında günün yorğunluğunu atmaq məqsədilə qadınlarımız da kişilər kimi rahatlıqla və sərbəst şəkildə parkda öz həmcinslərilə rahat gəzə biləcək. Çünki qadınlar əsrlərlə özlərini qarşı cinsdən deyil, yanlış düşüncələrin yaratdığı nəticələrdən qorumağa çalışıblar. Hətta bəzən bu yanlış fikirləri öz övladlarının beyninə yeridənlərdən biri elə özləri olsa da….

Heç düşünmüsünüz ki, utanmağın məkanı var? Çimərliyə getdiyimiz zaman geyindiyimiz yarıçılpaq vəziyyətdə olan çimərlik paltarında öz həmcinslərimizdən və ya qarşı cinsin nümayəndələrindən heç utanmırıq və heç bir kəsdən də qınayan baxışlarla bizə baxıldığını da müşahidə etmirik. Amma həmin geyimlə o məkandan 10-15 km. kənara çıxsaq insanların qınayıcı baxışlarını üzərimizdə hiss edəcəyik və həddindən artıq utanacağıq. Maraqlısı da odur ki, həmin vəziyyətdə biz özümüz kənardan müşahidə edən kütlənin içində yer alsaq, bu dəfə də qınayanlardan biri elə biz olacağıq. Sizcə, bunun səbəbi hərəkətin, yəni  yarıçılpaq geyinməyin yanlış olmasıdır, yoxsa olduğumuz məkanda insanların çoxunun o cür geyinməməsidir?

Biz bu həyatda aldığımız bir çox qərarlarda və ya etdiyimiz hərəkətlərdə daha çox bu düzgündürmü, yoxsa yanlışdırmı deyə düşünmək yerinə yaşadığımız cəmiyyət buna necə baxır, bu haqda necə düşünür, buna fikir veririk. Bununla bağlı Qarri Frederik Xarlounun meymunların iştirakı ilə keçirtdiyi test bu gün irəli sürdüyümüz fikirlərlə xeyli səsləşir. Xarlo insanların öz hərəkətlərinin səbəbini heç düşünmədən bir kütlə ilə ahəngləşməsini anlamaq üçün qəfəsə üç meymun salır və qəfəsin yuxarısına isə bir topa banan qoyur. Meymunlar həmən banana əl atan kimi yuxarıdan nasosla onların üzərinə su tökülür. Bu hal meymunlar sudan islanmaqdan yorulub banana əl uzatmaqdan əl çəkənə kimi davam edir. Daha sonra qəfəsə bir meymun daha əlavə edirlər. Bu zaman yeni gələn meymun əlini banana tərəf uzatmağa çalışan kimi digər meymunlar onu döyür, bu hal qəfəsə beşinci və altıncı meymunun daxil edilməsində də təkrarlanır. Daha sonra qəfəsə salınmış ilk üç meymunu qəfəsdən çıxardırlar və ora yeni meymunlar daxil edirlər. Qəfəsə sonradan daxil edilmiş üç meymun banana əl uzadılan zaman nə baş verdiyini bilməsələr də, hər qəfəsə daxil edilmiş və banana əl uzadan meymunu döyməyə başlayırlar. Bu hal qırılmaz zəncir kimi təkrarlanır. Bu testdən də aydın şəkildə gördüyümüz kimi biz insanlar bir şeyin səbəbini bilmədən bir axının arxasınca gedirik. Buna bizim batil inanclarımız da, doğru və yanlışlığını düşünmədən etdiyimiz gündəlik hərəkətlər də daxildir.”

 

Müəllifin sözləri gənci fikirlər dənizinin qabağında əsir tutmuşdu ki, birdən xanımından gələn zəng onu bu əsirlikdən xilas etdi. Telefona cavab verən zaman  xanımının sözləri – “gələn həftə uşağımız dünyaya gəlir, amma hələ də alınmalı bir çox əksiklərimiz var. Tapşırdıqlarımı almağı unutma, indi anamgil gəlib götürəcək məni, axşam birbaşa ora gələrsən, yaxşı?” –  onu yenidən şəhərin ritminə qaytardı. İlk olaraq işə qarşıda görünən uşaq geyimləri satılan mağazaya girməklə başladı. Bu zaman mağazada övladı üçün paltarlara baxmaq istəyəndə gəncin gözünün önündə məqalədə oxuduğu sözlər lent kimi gəlib keçirdi. Gənc satıcı qızın ona yaxınlaşıb “nə rəng istəyirsiniz?” sualı ilə yenə onu fikirlər aləmindən ayıltdı. Bir anlıq duruxan  gənc atanın cavabı isə insanların düşünmədən bir axınla hərəkət etməyinin nə zaman bitəcəyini göstərdi:  “Oğlum olacaq, ona görə mavi rəng paltarlar göstərin, zəhmət olmasa”…

 

 

Müəllif: Kəmalə Həsənova

Yazıya 514 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.