“Pirsultan” jurnalının Baş redaktoru Ramiz Təmkin Əsəd Cahangiri təbrik etdi. Təbrikdə deyilir:
“Hörmətli Əsəd müəllim!
Sizi, çağdaş ədəbiyyatşünaslığımızın, ədəbi tənqidmizin saf büllur kimi təmiz simalarından biri kimi tanıyır və dəyərləndrirəm. Məmməd Arifdən, Məmməd Cəfərdən, Mehdi Hüseyndən, Asif Əfəndiyevdən, Akif Hüseynovdan və Yaşar Qarayevdən bu günümüzə miras qalmış ədəbi proseslərin araşdırılmasında Sizin misilsiz rolunuzu danmaq ən azı insafsızlıq olar.
Əlinizə qələm aldığınız ilk gündən bu günə kimi vicdanınızın səsinə qulaq asan, ağa ağ, qaraya qaraya deyən, dünya malında gözü olmayan, gözü, könlü tox yazarı “dayı”sına görə yox, yazısına görə qiymətləndirən, insanlığın zirvəsinə yüksələn bir sənət adamı kimi tanınmısınız. Həmçinin, esselərinizdə, şeir və poemalarınızda, ədəbi-bədii yazılarınızda cəmiyyətimizdə baş verən proseslərə həssaslıqla yanaşmanız, xüsuslə də müharibə mövzusunda yazdığınız əsərlər qəlbimizi fərəh hissilə döyündürür.
Hörmətli Əsəd müəllim!
Sizi, 55 yaşlı yubilyarı ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və ədəbiyyatımızın inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.
Yazıya 424 dəfə baxılıb