Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının üzvü və katibi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi, “Kardeş kalemler” dərgisinin Azərbaycan təmsilçisi, gənc xanım yazar Şahanə Müşfiqin “Hərənin öz romanı” adlı yeni kitabı (povest və hekayələr) “CBS-PP” nəşriyyatı tərəfindən 200 səhifə həcmində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevadır.
Şahanə Müşfiqin bu kitabında yer alan “Qaranlıqlar günəşi” adlı poevstində qadın zorakılığı, internatlarda böyüyən uşaqların naməlumluğun qoynuna atılması və sonrakı həyatları əsas mövzu kimi götürülüb. Yazıçı cəmiyyətin bu və bu kimi bir çox problemlərinə diqqət çəkir. Hekayələrində isə cəmiyyətdə mövcud olan müxtəlif ailədaxili problemlər əks etdirilir.
Kitab müəllifin öz oxucuları ilə növbəti görüşüdür. Kitabın ədəbiyyatsevərlər, ədəbiyyatşünas-alimlər, tədqiqatçılar, ədəbi tənqidçilər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Müəllifə-dəyərli dostumuz, qələm yoldaşımız, istedadlı Azərbaycanlı gənc şairə, yazıçı Şahanə Müşfiqə ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirik!!!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yazıya 1021 dəfə baxılıb