Şair-publisist Rafiq Odayın “Ağrıların simfoniyası” adlı kitabı işıq üzü görüb

236822739_1982994608525531_8698637250396976194_n-715x1024Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Ağrıların somfoniyası” adlı kitabı işıq üzü görüb.

Kitabın redaktoru tanınmış şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlidir. Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, peoziya örnəkləri daxil edilib.

Qeyd edək ki, bundan öncə şair-publisist Rafiq Odayın”Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi” kitabları oxucuların ixtiyarına verilmişdir.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.

Yazıya 463 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.