Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi
baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.
Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə 2018-ci ildə “Xəyallarımın göz yaşları” adlı şeirlər və hekayələr, 2019-cu ildə isə İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeirlər kitabları ilə oxucuların görüşünə gəlib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yazıya 592 dəfə baxılıb