Xalq şairi Zəlimxan Yaqubun şeiri “Kardelen” dərgisində işıq üzü görüb

230543664_1676031325923637_4417489138868681250_n-732x1024Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Ömrün yolları” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunub.

“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov,
məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

Qeyd edək ki, bundan öncə “Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

və İctimaiyyətlə Əlaqələr şöbəsi

 

 

 

Yazıya 195 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.